Amerikalı və ingilis cərrahlar uzaqdan beyin əməliyyatı apardı Dünyada ilk
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
İngiltərə və ABŞ‑lı cərrahlar dünyada ilk dəfə uzaqdan idarə olunan beyin əməliyyatını həyata keçiriblər. Sotlandiyanın Dundi şəhərindən doktor Iris yüzlərlə kilometr aralından trombektomi (beyindəki qan laxtasının çıxarılması) əməliyyatını icra edib. ABŞ-li cərrah Rikardo Hanel Floridadan robotik cihaz vasitəsilə əməliyyata qoşulub.
Bakupost.az xəbər verir ki, əməliyyat Litvanın Sentante” şirkətinin robot sistemi ilə həyata keçirilib. Bu sistem xəstənin yanındakı robotla uzaqda olan cərrahın hərəkətlərini sinxron şəkildə təkrarlamağa imkan verir. Şirkət bu texnologiyanın uzaq bölgələrdə trombektomi xidmətlərinin əlçatanlığını artıraraq xəstələrin sağlamlığına müsbət təsir edəcəyini bildirib.
Qrunvald əməliyyatın “klassik real toxunma hissi verdiyini” qeyd edib, Dr. Hanel isə ABŞ-dən Şotlandiyaya 120 millisaniyə gecikmə ilə əməliyyatın mümkün olmasını diqqətəlayiq sayıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Fidan amerikalı həmkarı ilə danışıqlar apardı
16 Oktyabr 2025 20:24
Amerikalı yutuberin hər uşağı doğulanda dünyada tanınmış şəxslər vəfat edib
23 İyul 2025 13:56
Braziliya prezidenti beyin əməliyyatı keçirdi
10 Dekabr 2024 12:46
Braziliya Prezidenti beyin əməliyyatı keçirdi
10 Dekabr 2024 12:56
Baxış sayı:91
Bu xəbər 10 Noyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















