Amerikalı yarımmüdafiəçi Madrid nəhəngi ilə anlaşdı SON DURUM
Fanat saytına istinadən Icma.az xəbər verir.
ABŞ millisinin və İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Conni Kardozo karyerasını top klubda davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, "Atletiko Madrid" amerikalı futbolçu ilə anlaşmaq üzrədir. 23 yaşlı yarımmüdafiəçinin keçidi madridlilərə bonuslar da daxil olmaqla, 30 milyon avroya başa gələcəyi bildirilir.
ABŞ-li futbolçu başa çatan mövsüm "Betis"in heyətində bütün turnirlərdə 46 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Conni 2024-cü ilin yanvarında 6 milyon avroya “İnternasional”dan “Betis”ə keçib. Onun Sevilya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Mirağa

Türkiyə nəhəngi Kerem Aktürkoğlu ilə anlaşdı SON DURUM
26 İyul 2025 20:13
İngiltərə nəhəngi Macarıstan millisinin üzvü ilə anlaşdı SON DURUM
16 İyun 2025 12:11
Sumqayıt amerikalı ilə anlaşdı
27 Dekabr 2024 15:24
Abşeron amerikalı ilə anlaşdı
19 Fevral 2025 16:23
Ordu amerikalı ilə anlaşdı
10 Mart 2025 16:40

