Icma.az
close
up
RU
Amerikalılar danışıqlarda ruslara uduzurlar The Washington Post

Amerikalılar danışıqlarda ruslara uduzurlar The Washington Post

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Müəllif yazıb ki, hazırda proseslər əslində Kremlin xeyrinə cərəyan edir.
Tramp: “Putin və Zelenski sazişə hazırdırlar” "Analitiklər deyirlər ki, ABŞ-nin müzakirələr aparan rəsmiləri Ukrayna müharibəsi ilə bağlı danışıqlarda ruslara uduzurlar. Tramp administrasiyası iki dəfə bəyan edib ki, sülh danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edilib. Bura enerji infrastrukturu mövzusu və Qara dənizdə qismən atəşkəsə nail olunması daxildir. Lakin sonradan tərəflər bu razılaşmaları əhəmiyyətli dərəcədə fərqli şərhlərlə təqdim etdilər və döyüşlər hələ də davam edir", -qəzet yazıb.
Müəllif xatırladıb ki, əvvəlcə Ukrayna və ABŞ təkcə səngərlərdə deyil, bütün mülki infrastrukturda atəşkəsdən danışırdılar. Rusiya isə bu razışlamanın yalnız enerji infrastrukturuna aid olduğunu iddia edirdi: "Hər iki halda tərəflər bir-birini müqaviləni pozmaqda ittiham edib".
Prezident Tramp isə mövcud durumu belə şərh edib: "Rusiya və Ukrayna bizimlə uğurlu əməkdaşlıq edir. Amma biz bunu dayandırmalıyıq".
Bu, Trampın 24 saat ərzində həll edəcəyinə söz verdiyi bir münaqişədir. Lakin görünən odur ki, hər şey Ağ Evin planına uyğun getməyəcək. Danışıqların faktiki nəticələri əslində sülh prosesinə və amerikalı vasitəçilərin qərəzsizliyinə inamı əhəmiyyətli dərəcədə sarsıdıb.
Buş administrasiyasının Milli Təhlükəsizlik Şurasının Rusiya məsələləri üzrə baş direktoru olmuş Tomas Qrem də mövzu ətrafında danışıb. O, deyib: "Düşünürəm ki, hazırki çabalar sadəcə Tramp administrasiyasının uğur və inkişaf nümayiş etdirməyə və gələcək problemləri gizlətməyə çox həvəsli olduğunu göstərir".
Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin direktoru Tomas Qreminger isə yersiz güzəştlərdən gileylənib: "Biz prezident Trampın və ABŞ hökumətinin digər üzvlərinin müntəzəm şəkildə və ictimaiyyət qarşısında güzəştlərə getdiyini gördük. Belə davranışlar adətən danışıqlardan əvvəlki prosesdə atılması məqbul olan bir addım sayılmır".
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Aprel 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri