Icma.az
close
up
RU
Amerikalılar Trampın iqtisadi siyasətini qiymətləndirib Sorğu

Amerikalılar Trampın iqtisadi siyasətini qiymətləndirib Sorğu

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

ABŞ-də aparılan yeni sorğu nəticələri Prezident Donald Trampın iqtisadi siyasətlərinə və inflyasiya ilə mübarizə tədbirlərinə ictimai dəstəyin azaldığını göstərib. Ekspertlər bu azalmanı Trampın xüsusilə Çin başda olmaqla bir sıra ölkələrə qarşı tətbiq etdiyi yüksək gömrük tarifləri və “ticarət müharibəsi” siyasəti ilə əlaqələndirirlər.

Sfera.az xəbər verir ki, "CBS News" və "USA Today"in yayımladığı sorğunun nəticələrinə görə, Trampın iqtisadi siyasətini dəstəkləyənlərin sayı 44 faiz, inflyasiya ilə mübarizəsinə dəstək verənlərin sayı isə 40 faiz olub.

Bu, mart ayının sonundakı göstəricilərlə müqayisədə 4 faiz bəndi azalma deməkdir.


Ümumilikdə Trampa olan dəstək də aşağı düşüb. Belə ki, onun ümumi dəstək reytinqi mart ayında 50 faiz, fevralda isə 53 faiz olduğu halda, aprel ayında bu rəqəm 47 faizə düşüb.


Sorğu iştirakçılarının siyasi mənsubiyyətinə görə Trampın tarif siyasətinə münasibəti fərqlidir. Respublikaçıların 91 faizi Trampın siyasətini dəstəklədiyini bildirsə də, müstəqil seçicilər arasında bu göstərici 43 faiz, demokratlar arasında isə cəmi 16 faiz olub. İştirakçıların 58 faizi ümumiyyətlə, idxal mallarına əlavə tariflərin tətbiqinə qarşı olduqlarını bəyan ediblər.


Qeyd edək ki, sorğu 8-11 aprel tarixlərində keçirilib. 9 aprel tarixində isə Tramp bəyan edib ki, “qarşılıqlı tarifləri” 90 gün müddətinə təxirə salacaq və Çin istisna olmaqla, digər ölkələrə tətbiq edilən tariflər 10 faizə endiriləcək. Hazırda ABŞ Çindən gətirilən məhsullara 145 faiz, Çin isə ABŞ məhsullarına 125 faiz tarif tətbiq edir. Tramp, əlavə olaraq ağıllı telefonlar, kompüterlər və digər elektron məhsulların hələlik tariflərdən azad olacağını bildirib.


Sorğu iştirakçılarının 51 faizi tariflərin məqsədini düzgün hesab etsə də, Trampın bu məsələyə yanaşmasına yalnız 37 faiz dəstək verib. 59 faiz ABŞ iqtisadiyyatının vəziyyətini “pis” və ya “çox pis” kimi dəyərləndirib, 53 faiz isə vəziyyətin daha da pisləşdiyini bildirib.


Bəsti Rəfizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri