Amerikalılar Ukrayna dəstək məsələsində fərqli DÜŞÜNÜRLƏR Yeni Çağ Media
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika vətəndaşları Ukraynaya hərbi dəstək məsələsində hələ də fikir ayrılıqları ilə üzləşirlər.
Yenicag.az xəbər verir ki, bu, noyabrın 25-də dərc edilmiş “CBS/YouGov” sorğusunun nəticələrində öz əksini tapıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 49%-i hərbi dəstəyin davam etməli olduğunu bildirərkən, 51%-i buna qarşı çıxıb. Bu, Amerika cəmiyyətindəki fikir ayrılıqlarının daha da artdığını və dəstəyin azaldığını göstərir.
Yay aylarında aparılan sorğularla müqayisədə bu azalmanın daha da nəzərə çarpdığı görülür. Məsələn, “Pew” Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 54%-i ABŞ-nin Kiyevə hərbi yardımını davam etdirməsini dəstəkləyib. Reyqan İnstitutunun sorğusuna əsasən isə bu rəqəm 57%-ə çatıb.
Qeyd olunur ki, “CBS/YouGov” sorğusunda başqa bir sual da verilmişdir: Amerikanın Kiyevə yardımı nə dərəcədə prioritet məsələdir? Respondentlərin 33%-i bunu yüksək prioritet, 36%-i isə orta prioritet məsələsi olaraq qiymətləndirib. Həmçinin, 31%-i bu məsələnin, ümumiyyətlə, prioritet olmadığını bildirib. Eyni zamanda, Almaniyada Ukraynaya hərbi dəstək məsələsinə olan dəstəyin əvvəlki illərlə müqayisədə artdığı müşahidə olunub.
Yenicag.az
www.yenicag.az
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:91
Baxış sayı:91 Bu xəbər 26 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 26 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















