Icma.az
close
up
RU
“Amerikanın səsi”, “Azadlıq Radiosu” erasının qürubu...

“Amerikanın səsi”, “Azadlıq Radiosu” erasının qürubu...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

ABŞ-ın yeni administrasiyasının başladığı islahatlar həmçinin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, büdcənin izafi xərclərinin azaldılması kimi mühüm istiqamətləri də əhatə edir. Necə deyərlər, gəmidəki artıq yüklər boşaldılır. İxtisarlar, fəaliyyət sferalarının məhdudlaşdırılması növbəsi həmçinin indiyədək bütün dünyada transmilli media nəhəngləri sayılan “Amerikanın səsi”nə  və “Azadlıq Radiosu”na da çatıb.

“Amerikanın səsi” işləmir, “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi dayandırılıb

Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sənəd imzalayıb. Sənəd barədə danışan qurumun direktoru Maykl Abramoviç deyib: “Öyrəndim ki, “Amerikanın Səsi”nin 1300-dən çox jurnalisti, prodüseri və texniki heyəti inzibati məzuniyyətə göndərilib. Mən də onların içindəyəm. Bu tarixi media platformasının susması məni dərindən kədərləndirir”.

Qeyd edək ki, “Amerikanın səsi” radiostansiyası da agentliyin nəzarətində olub. Bütövlükdə, 49 dildə yayımlanan 5 böyük media korporasiyası, o cümlədən “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi” sözügedən qurum üzərindən maliyyəşdirilib. Siyahıya həmçinin Vudro Vilson Mərkəzi, Federal Vasitəçilik və Barışıq Xidməti, Muzey və Kitabxana Xidmətləri İnstitutu, Evsizlik Problemləri üzrə İdarələrarası Şura, İnkişaf Maliyyə İnstitutları Fondu, Azlıqların Biznesinin İnkişafı Agentliyi və Arktikanın Tədqiqi Komissiyası daxil edilib.

Bundan başqa, “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib. Bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.

Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və “Amerikanın Səsi” radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırmışdı. Artıq İ.Maskın çağırışı Trampın imzaladığı müvafiq sənədlə məntiqi sonluğa çatdırılıb.

Milli dövlətlərə qarşı “yumşaq güc” aləti

“Amerikanın səsi” yayımlarına ilk dəfə 1942-ci il fevralın 24-də start verib. Transmilli media nəhəngi kimi tanınan radio Azərbaycan dili də daxil olmaqla, ingilis və daha 45 dildə xəbərlər, rəylər, mədəniyyət proqramları yayımlayıb.

“Azadlıq Radiosu”nun baş ofisi 1949-1995-ci illərdə Qərbi Almaniyanın Münxen şəhərindəki İngilis bağında yerləşib. Digər yayım mərkəzi 1951-1996-cı illərdə Portuqaliyanın paytaxtı Lissabonun şərqində yerləşən Qloriya-du-Ribateju kəndində fəaliyyət göstərib. Bu radio 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi heyətə və  21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var.

Hər iki informasiya mənbəyi üçün xarakterik cəhət ondan ibarətdir ki, onlar mütəmadi qaydada ideoloji silah qismində çıxış ediblər. Zaman dəyişdikcə onlara həvalə olunan vəzifələr də dəyişib. Xüsusilə də keçmiş Sovet İttifaqı dönəmində onların üzərində böyük məsuliyyət yükü var idi. Keçmiş ittifaqın ideoloji buxovları çox sərt idi. Cəmiyyətə ancaq mərkəzi hökumətin izn verdiyi, senzuradan keçən məlumatlar verilirdi. İnsanlar bir növ informasiya blokadasında qa?mışdılar. Belə bir şəraitdə xüsusilə də gənclər fərqli və cəlbedici görünən ideyalar təbliğ edən “Amerikanın səsi”nin və “Azadlıq Radiosu”nun daimi izləyicilərinə çevrilmişdilər.  Hər iki radio yaydıqları xəbərlər, hazırladıqları verilişlərlə sovet quruluşunun naqis cəhətlərinə diqqət çəkir və cəmiyyətləri narazılığa sövq edirdilər.

“Soyuq müharibə” dövrü bitdikdən sonra “Amerikanın səsi” və “Azadlıq Radiosu” yenə də öz amplualarında qalmaqda davam etdilər. Təkzibolunmaz faktdır ki, hər iki qurum ABŞ administrasiyaları tərəfindən Yaxın Şərqdə və keçmiş ittifaq məkanında yaranan milli dövlətlərə qarşı “yumşaq güc” aləti qismində istifadə olunub.  Biz son 30 ildə ayrı-ayrı coğrafiyalarda rəngli inqilablar dalğalarının şahidi olmuşuq. Təəssüf doğuran haldır ki, cəmiyyətlər “Azadlıq Radiosu” və “Amerikanın səsi” kimi media qurumları vasitəsilə təşviq edilən ideyalara aldanaraq milli hökumətlərin devrilməsi, onların yerində oyuncaq rejimlərin qurulması ssenarilərində özləri də bilmədən yer alıblar. Nəticə də həm milli dövlətlər, həm də cəmiyyətlər üçün faciəvi olub.

Oxşar ssenarilərin həmçinin Azərbaycanda da reallaşdırılmasına çoxsaylı cəhdlər göstərilib. Lakin bütün hallarda Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsi və cəmiyyətimizin hakimiyyətlə sıx həmrəyliyi sayəsində milli maraqlarımıza xələl gətirməyə hesablanan cəhdlərin qarşısı alınıb və ölkəmizdə rəngli inqilab ssenariləri iflasa uğrayıb. Eyni zamanda, Azərbaycan hakimiyyəti ayıq-sayıq davranaraq ümummilli ideologiyamıza zidd təbliğat aparan hər iki radioya qarşı məhdudlaşdırıcı tədbirlər görüb. 2008-ci ildə xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra “Amerikanın səsi” öz verilişlərini internetdə və peyk televiziyasında yayımlayıb. “Azadlıq Radiosu”nun Azərbaycan xidməti 1953-cü il martın 6-da təsis edilib. Qərəzli fəaliyyəti nəzərə alınmaqla 2014-cü ilin dekabrından radionun Bakı bürosu bağlanıb. Onun verilişləri Praqadan yayımlanıb.

Bütövlükdə, indiki reallıqlar şəraitində “Amerikanın səsi” və “Azadlıq Radiosu” kimi informasiya mənbələrinin əvvəlki populyarlığından əsər-əlamət qalmayıb. Hazırda dünyanın informasiyalara çıxış imkanları kifayət qədər çoxdur. İnsanlar bu və ya digər məlumatları daha etibarlı və qərəzsiz olan mənbələrdən almağa üstünlük verirlər.

MÜBARİZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see303

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see188

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see152

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

16 İyun 2025 15:59see142

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see134

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see125

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see124

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see124

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see124

Şimali Koreyadan Yaponiyaya çağırış İkinci Dünya Müharibəsinə görə üzr istə

16 İyun 2025 13:09see119

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see119

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see118

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see118

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

16 İyun 2025 17:23see117

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see117

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

16 İyun 2025 16:20see117

Minnesotada Demokratları güllələməkdə şübhəli bilinən Vens Boelter yaxalanıb

16 İyun 2025 12:24see116

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see116

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see115

Rumıniya sərhədçiləri ukraynalı cütlüyü 1,4 milyon dollarla saxlayıb

16 İyun 2025 07:54see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri