Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

“Amerikanın səsi”nin bağlanması ilə Əli Kərimlinin də “səsi” batdı TƏHLİL

“Amerikanın səsi”nin bağlanması ilə Əli Kərimlinin də “səsi” batdı TƏHLİL

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan hüquqi dövlətdir və atılan addımlar, verilən qərarlar qanunun aliliyinə söykənir. Kimsə deyə bilməz ki, filan vaxtı filan yerdə, filan problemlə üzləşib və bu zaman hüquları pozulub. Yoxdur belə bir fakt. Hansısa şəxsdə və ya ictimai, siyasi təşkilatda varsa belə bir fakt buyurub ictimaiyyətə təqdim etsin. Məhz Azərbaycanın sabitlik adası olması, istənilən məsələnin hüquqi formada həll edilməsi yerli və xarici qüvvələri ciddi narahat edir. AŞPA, Avropa İttifaqı, eləcə də Almaniya və Fransa kimi dövlətlərdə və beynəlxalq təşkilatlar da kök salan ertmənipərəst yırtıcılar möhtəşəm uğurlarına kölgə salmaq, beynəlxalq aləmdə qazandığı nüfuzuna zərbə vurmaq üçün hər cür vasitə və üsullardan istifadə edirlər. Bu azmış kimi sözügedən ölkələr və beynəlxalq təşkilatların erməni təəssübkeşləri maliyyə imkanlarına arxalanıb Bakıdakı təmsilçilərini də öz məkrli tezislərini gündəmə çıxarıb, sosial şəbəkələrdə və media müzakirələrində yaymağa təhrik edirlər. Sözə və ələbaxan funksiyasını yerinə yetirən “Milli Şura”-nın, AXCP-nin və Müsavatın rəhbərliyi, elə əlləri azərbaycanlıların qanına batmış uşaq qatilləri olan Koçaryan, Sarkisyan, Ohanyan və digər erməni revanşistləri sayağı fikirlər səsləndirirlər. Deyir ki, guya Azərbaycanda “İnsan haqları” pozulur, “demokratiya yoxdur”, bəzən də iddia edir ki, Azərbaycanda “siyasi məhbuslar var”. Hətta AXCP sədri Əli Kərimli bildirir ki, guya Azərbaycanda 350 “siyasi məhbus” var. Lakin o “siyasi məhbus”lar kimlərdir, adları nədir, hüquq-mühafizə orqanları tərəfindən saxlanma səbəbləri nədən ibarətdir? Bu kimi vacib məsələləri deyə bilmir. Bu isə onu təsdiq edir ki, Ə.Kərimli yalan statistika açıqlayır. Sadəcə ona yalan xarakterli “siyahı” hazırlayaraq beynəlxalq təşkilatlara göndərmək tapşırığı verilib və o da tapşırıqlara boyun əyir. Digər tərəfdən Ə.Kərimli, C.Həsənli və digər trollar Azərbaycanda “demokratiya yoxdur”, “insan hüquqları” pozulur və digər bu kimi absurd iddialarla çıxış edirlər. Hətta Ə.Kərimli özünün sosial şəbəkə hesabında yazdığı paylaşımında qeyd edir ki, “Avropa və ABŞ insanların daha ləyaqətlə yaşadığı, azad, demokratik bölgələrdir”.

Əli Kərimli və Cəmil Həsənli “Amerikanın səsi”nin və “ Azadlıq” radiolarının bağlanması ilə informasiya dəstəyindən məhrum oldular

Təbii ki, Ə.Kərimli anormal fikirlərini sosial şəbəkə hesabında yazarkən Avropa və ABŞ-da insan azadlıqlarının kobud şəkildə pozulması barədə yayımlanan hesabatları görmək, danışılanları eşitmək istəməyib. Çünki, insan hüquqlarının pozulduğu yerlərdən ona maddi və mənəvi yardımlar gəlir. Ona görə də, Ə.Kərimli susmağa və baş verən rüsvayçılıqları sakit şəkil də izləməyə məcbur olub. Lakin anlamır ki, hər gün Almaniyada 3 minə yaxın cinayət hadisəsi baş verir ki, həmin cinayətlərində yarısı bu ölkəyə gələn insanlara qarşı törədilən cinayətlərdir. Gəlmələrə qarşı törədilən cinayətlərin heç biri açılmır. Cinayətkarın tapılıb məsuliyyətə cəlb olunması ilə bağlı formal axtarışlar verilsə də, nəticənin sonu olmur. Bəzi hallarda polis axtarışda olan cinayətkarı görür və ya onun harada olması haqqında məlumat əldə edir, lakin vəzifə borcunu yerinə yetirməkdən imtina edir. Makronun rəhbərlik etdiyi Fransa adlı “xalqlar həbsxanasında” hər gün 110-115 nəfər polisin zorakılığının qurbanı olur. E.Makrona bağlı cinayətkar dəstələr gecələr başlarına maskalar geyinib, evlərə basqın edir və hakimiyyətə qarşı müxalif fikirlər söyləyənləri döyür, söyür, bəzi hallarda qadınları zorlayırlar. Beynəlxalq təşkilat olan “Human Rigts Watch” özündə cəsarət taparaq bəlkə də fəaliyyəti dövründən ilk dəfə olaraq ağalarından biri olan Fransanın hakim zümrəsini ittiham edən açıqlama ilə çıxış edib. Təşkilatın 2024-cü il hesabatında qeyd olunur ki, “Sarı jiletlilər” hərəkatından sonra Fransada insan azadlıqları pisləşib və bu zaman 126 minə yaxın fransalı qanunsuz olaraq həbs edilib, döyülüb, müxtəlif işgəncələrə məruz qalıb. ABŞ-da da vəziyyət heç də Avropada baş verənlərdən geri qalmır. Xüsusilə də D.Tramp hakimiyyətə gəldikdən sonra Amerika vətəndaşlarının vəziyyəti daha da ağırlaşıb. Düzdür, D.Tramp bir sıra qərarları ilə özü haqqında müsbət imic formalaşdırmağı da bacarıb, baxmayaraq ki, onun bəzi qərarları, imzaladığı qanunlar söz və plüralizmin pozulması kimi qiymətləndirilir. Lakin “dəlidən ağıllı xəbər” məsəli Trampın “Amerikanın səsi”, “ Azadlıq” radioları kimi şeytan yuvalarını bağlamaqla özünü göstərdi. Tramp qərarı ilə dünyanın müxtəlif bölgələrində yalan və böhtanlarını “Amerikanın səsi”, “ Azadlıq” radioları kimi təxribat maşınları vasitəsi yayan Ə.Kərimli, Cəmil Həsənli kimi düşüncə daşıyıcılarını “qol-qanaddan” məhrum etdi. Bundan sonra onlara “yazıq və bədbəxtlər” demək olar . Çünki USAİD-in bağlanması ilə maliyyə dəstəyindən məhrum olunan Ə.Kərimli, Cəmil Həsənli və digərləri bu yandan “Amerikanın səsi”, “ Azadlıq” radioları kimi şeytan yuvalarının bağlanması ilə informasiya dəstəyini itirmiş olurlar.

“Amerikanın səsi” və “Azadlıq” radioları ilk növbədə İlon Maskın qəzəbinə tuş gəldilər

ABŞ Prezidenti Donald Tramp bir sıra qeyd etdiyimiz kimi müsbət qərarlar qəbul etməkdədir. Onlardan biri də əsas təxribat maşınları hesab olunan “Amerikanın səsi” və “ Azadlıq” radiolarının bağlanması qərarıdır. D.Tramp ABŞ Qlobal Media Agentliyini (USAGM) ləğv etmək əmrindən sonra “Amerikanın səsi” və “Azadlıq” radiosu fəaliyyətini dayandırıblar. “Amerikanın səsi”nin direktoru Maykl Abramovitsin sözlərinə görə, “Trampın qərarından sonra radiostansiyanın 1 300-dən çox əməkdaşını məzuniyyətə yollayıblar”. ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenell “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib. Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.

O, ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımına haqq qazandıraraq yazıb: “Bəli, onları bağlayın. Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.

Qeyd edək ki, “Azadlıq” və “Amerikanın səsi” radiostansiyaları üçün xərclənən illik vəsait 750 milyon dollardır. Lakin bu vəsaitin qarşısında bu media qurumları qeyri-obyektiv informasiya verirlər. Dəfələrlə Azərbaycana qarşı təxribat xarakterli, yalan və böhtan dolu məlumatlar paylaşıblar. Azad və demokratik şəraitdə keçirilən seçkilərlə bağlı sözügedən bu media qurumları erməni maraqlarına uyğun informasiyalar paylaşıblar. 44 günlük Vətən Müharibəsi zamanı “Amerikanın səsi” və “Azadlıq” radioları işğalçı və terrorçu dövlət olan Ermənistanın şər və böhtanlarını böyük həvəslə yayırdı. Azərbaycanın ayrılmaz hissəsi olan tarixi torpaqlarımızda kök salan erməni separatçılarının terror əməllərini dəstəkləyən reportajlar tirajlayır, Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar irəli sürürdülər. Bu azmış kimi “Amerikanın səsi” və “Azadlıq” radiolarının erməni xidmətləri həbs edilərək məhkəmə qarşısına çıxarılan Qarabağdakı erməni separatçılarına informasiya dəstəyi göstərir, onların həbsi ilə bağlı erməni maraqlarına xidmət edən məlumatlar yayımlayırdılar. Bu gün artıq mövcudluqlarını itirirlər. Artıq Azərbaycana qarşı hədyanlar səsləndirə bilməyəcəklər. İllərlə qoynunda bəsləndikləri ABŞ hökumətindəki dayaqları tərəfindən susduruldular. Bu susdurulma, heç də jurnalistikanın sıradan çıxarılması deyil, gec də olsa haqqın, ədalətin bərqərar olmasıdır.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri