Amil Ağacanov: “Tər təmiz penalti idi”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Qəbələ” – “İmişli” (2:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Amil Ağacanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis mövsümün ilk qələbəsini şərh etdi:
– Salamlayıram hər birinizi. Bildiyiniz kimi, üç oyuna cəmi 1 xalımız var idi. Komandada məşqçi dəyişikliyi baş verdi və biz məşqçilər heyəti olaraq keçmiş matçları hərtərəfli təhlil etdik, qarşılaşmaya daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” uzun ötürmələr və standart vəziyyətlərdən çox təhlükəli oynayır. Taktiki planımızı buna uyğun qurmuşduq və şükürlər olsun ki, qələbə qazandıq. Bu uğur münasibətilə bütün “Qəbələ” azarkeşlərini, futbolçularını və rəhbərliyini təbrik edirəm.
– İlk üç turda qol vurmaqda çətinlik çəkirdiniz, lakin bu dəfə həm qollar, həm də qələbə gəldi. Əsas problem nədə idi?
– Hansısa problemimizin olduğunu deməzdim. Sadəcə, çempionatın əvvəli idi. Yaratdığımız imkanlardan yararlana bilmirdik. Bu dəfə isə daha məqsədyönlü hazırlaşdıq, futbolçularla fərdi söhbətlər apardıq və nəticədə həm qollar vurduq, həm də qələbə qazandıq.
– Matçdakı penalti epizodunu necə şərh edərdiniz?
– Əgər top ayaqdan çıxırsa, burada mübahisəli heç nə yoxdur. Oyunçu rəqib futbolçunu dartırdı, hakimin qərarına söz deyə bilmərik. Məncə, tər-təmiz penalti idi.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 04 Sentyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















