Icma.az
close
up
RU
“Amil Yunanov və Bəxtiyar Soltanov ilə məndən öncə müqavilə imzalanıb”

“Amil Yunanov və Bəxtiyar Soltanov ilə məndən öncə müqavilə imzalanıb”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2-ci liqanın iddialı klublarından sayılan “Şəfa” ciddi islahatlara start verib.

Belə görünür ki, 12-ci turda – dekabrın 9-da “Şahdağ Qusar”dan alınan sarsıdıcı məğlubiyyət (1:7) klub rəhbərliyinin kefinə soğan doğrayıb. Artıq baş məşqçi dəyişikliyi reallaşıb. Nadir Əliyevlə yolları ayıran “Şəfa” Elgiz Kərəmli ilə anlaşıb. Hətta Zamir və Şahin Hüseynovlar gənc məşqçiyə köməkçi təyin olunub. Yeni baş məşqçinin gəlişi ilə 7 futbolçu düşərgədən yola salınıb. Belə ki, Qərib İbrahimov, Comərd Baxşəliyev, Röyal Nəcəfov, Elçin Rəhimli, Ülvi Quliyev, Elgün Abbaslı və Ceyhun Cavadov heyətdən uzaqlaşdırılıb. Hətta qarşıdakı günlərdə daha bir neçə nəfərin də göndərilməsi gözlənilir.
Maraqlıdı ki, Elgiz Kərəmli bu ilin əvvəlində, ilk turdan sonra “Difai”dən ayrılmışdı. Gənc mütəxəssis 1-ci liqa klubundan ayrılmasının səbəbi kimi U-16 yığmasında işlərinin çoxluğunu göstərmişdi. Görəsən, 32 yaşlı çalışdırıcı yenə iki işdə çalışacaq?
"Football-plus.az" Elgiz bəylə bu mövzu ətrafında danışdı:

“Hər iki tərəf də razıdı. Hələlik problem görünmür. Növbəti il mən hansı yaş qrupunda işləyəcəm, onun təlim-məşq toplanışları az, ya çox – bunları müəyyənləşdirib qərar verəcəyik. Yəni iki yerdə işləmək olar, yoxsa bir yerdə işləməliyəm. “Şəfa”dan gələn təklifi qəbul etməyimin başlıca səbəbi komandanın strukturudu. İş planları, gələcəyə yatırım istəkləri, planlı şəkildə hərəkət etmək fikirləri mənim diqqətimi cəlb etdi. Gələcəyimi bu klubda görürəm deyə təklifləri maraqlı gəldi. Qarşıma qoyulan hədəf komandanı birinci liqaya yüksəltməkdi. Hər işin öz çətinliyi var. Artıq transfer çalışmalarına başlamışıq. Biz də çalışırıq ki, komandanı həm cavanlaşdıraq, həm də 1-ci liqa təcrübəsi olan futbolçular cəlb edək. Heyəti gücləndirmək üçün çalışmalara başlamışıq. Planlarımı təqdim etmişəm. Sadəcə, həmin futbolçuların klubları ilə müqaviləsi var. Hələ də birinci liqa oyunları davam edir deyə, danışıqlara keçməmişik. Gözləyirik ki, oyunlar bitsin. Sonra oyunçularla bağlı transfer danışıqlarını başladacağıq. Ayrılan futbolçular mən müqavilə bağlamamış göndərilib. Hətta məndən öncə də müqavilə imzalanan futbolçular olub. Amil Yunanov və Bəxtiyar Soltanov ilə məndən öncə müqavilə imzalanıb. Ona görə müqavilə bağlandığı üçün bunların qarşısını ala bilmərəm. Belədə həmin oyunçular mənim də planlarıma daxildi. Heç bir problem yoxdu. Gedən futbolçularla bağlı da belə məsləhət görülüb”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri