Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Amin Rzayevi nə gözləyir: “Porto”, “Sportinq”, yoxsa...? ARAŞDIRMA

Amin Rzayevi nə gözləyir: “Porto”, “Sportinq”, yoxsa...? ARAŞDIRMA

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının XXXIII turu 16 yaşı tamam olmayan Amin Rzayevin debütü ilə əlamətdar olub. “Qarabağ”ın gənc cinah müdafiəçisi son 15 ildə Premyer Liqa matçına çıxan 6-cı yeniyetmə oyunçu olub.

İdman.biz xəbər verir ki, 2010-25-ci illərdə debüt edən digər 15 yaşlı futbolçuların karyeraları heç də uğurlu alınmayıb.

Düzdür, onlardan bəziləri millinin formasını da geyiniblər. Amma 1-2 matçdan artığına gücləri çatmayıb.

Kriştiano Ronaldonu yetişdirən klubda


PFL-in açıqladığı son 15 ilin ən azyaşlı debütantları sırasında rekordçu olan Budaq Nəsirov digərləri ilə müqayisədə daha uzaqlara gedə bilib. “İkinci eşelon”da, Portuqaliyada legioner həyatı yaşayan istedad Kriştiano Ronaldonu yetişdirən “Sportinq”ə də transfer olunub. Klubun ikinci komandasında 2 mövsüm keçirən yarımmüdafiəçi bundan artığına nail olmayaraq sonradan vətənə dönüb. Karyerasına “Turan”da başlayan Budaq ölkədə “Araz-Naxçıvan”, “Sumqayıt”, “Kəpəz” və “Zirə” forması da geyindikdən sonra Tovuza, bu dəfə “Turan Tovuz”a qayıdıb. Burada özünü göstərə bilməyən, problemlər yaşayan, əvəzedici komandaya göndərilən, diskvalifikasiyalarla üzləşən Nəsirov ötən il - 28 yaşında futbol səhnəsindən itib. Onun hesabında millidə 1 oyun var.

“Rəvan”a bağlı rəvan olmayan karyera
Siyahıda 2-ci olan Anar Həsənov isə çoxlarına tanış da deyil. Düzdür, bu ad-soyadla digər futbolçu da olub. 1997-ci il təvəllüdlü Anar digərindən 14 yaş kiçikdir. 2012/13 mövsümündə “Rəvan”da debüt edən, sonradan 2-ci matçına da çıxan yarımmüdafiəçi növbəti 3 mövsüm Bakı klubunda qalıb. Amma sonrakı illərdə yalnız 1 kubok oyununa çıxıb. Peşəkar karyerası 4 matçla kifayətlənən Anar “Rəvan”la birlikdə futboldan uzaqlaşıb.

“Neftçi”nin qənimi


Siyahıda yer alan daha bir istedad Portuqaliyada olub. Hətta daha sanballı “Porto”ya yolu düşən Orxan Əliyev əvəzedici komandada baxışda olsa da, bəyənilməyib. İllər sonra legioner həyatı yaşayan yarımmüdafiəçi qısa müddətdə Gürcüstanda aşağı liqa təmsilçisi “Sioni”də çıxış edib. Azərbaycanda “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Araz-Naxçıvan”da oynayan futbolçu ötən mövsüm sonuncuların heyətində “Neftçi”yə üç qol vurmaqla yadda qalıb. Bir müddət I divizionda da oynayan Orxan hazırda “Turan Tovuz”da əsas heyətə düşmək üçün mübarizə aparır. Orxan Azərbaycanın əsas millisinə dəvət alsa da, debüt imkanı qazanmayıb.

“Şəfa”da şəfa axtarışında


Elnur Cəfərovun da karyerası erkən debüt edən və ümidləri tam doğrultmayan digər oyunçulara bənzəyir. 28 yaşlı futbolçu əksər sabiq tanınmışların toplaşdığı II Liqada çıxış edir. Qışda I Liqa klubu “İmişli”ni II Liqa klubu “Şəfa”ya dəyişən yarımmüdafiəçi yeni klubu ilə bir dəstə yuxarı yüksəlməyi bacarıb. Ötən mövsüm Premyer Liqada - “Kəpəz”də forma geyinən Elnurun da karyerasında millidə 1 oyun və alınmayan legioner həyatı var. Onun da yolu Budaq və Orxan kimi Portuqaliyadan keçib. Aşağı liqa klubu “Tondela” ilə 1 illik müqavilə imzalayan Cəfərovun anlaşmasına qısa müddət sonra xitam verilib. Xorvatiyanın aşağı dəstəsindəki “Duqopolye” də Elnur üçün tramplin olmayıb. Azərbaycanda “Xəzər Lənkəran”, “Neftçi”, “Şamaxı” və “Kəpəz”də, həmçinin I Liqa təmsilçisi “Qaradağ Lökbatan”da oynayan futbolçu istedadını tam aça bilməyib.

Hələ ümid var


Aminə qədər 16 yaşı olmadan Premyer Liqada debüt edən sonuncu futbolçu Səbuhi Abdullazadə idi. Artıq 8 mövsümdür “Sumqayıt”da çıxış edən yarımmüdafiəçi klubuna sadiqliyi ilə seçilir. Digərləri kimi legioner həyatı yaşamasa da, aşağı dəstə klublarına da keçməyib. Millidə bu il debüt edən və 2 matça çıxan Səbuhi hələlik ölkənin iddialı komandaları səviyyəsinə çatmayıb. Amma yarımmüdafiəçinin qarşıdakı illərdə ya iddialı klubda, ya xaricdə özünü göstərməsi üçün az da olsa şans qalmaqdadır.

FİFA agenti: “Amin şanslı futbolçulardandır ki, “Qarabağ”dadır”
Erkən yaşlarında Premyer Liqa həyəcanı yaşayanların böyük uğurlar qazana bilməməsinə Azərbaycanın tanınmış FİFA agentlərindən olan Vaqif Heydərli ilə aydınlıq gətirdik. Təcrübəli futbol mütəxəssisi bunu əsasən yaş dövrü ilə əsaslandırıb: “Premyer Liqada 15 yaşında debüt edənlərdən danışarkən ilk növbədə onu deyim ki, bu yaş insan həyatında keçid dövrüdür. Müşahidə etsək görərik ki, 15-16 yaşına qədər çox yaxşı təsir bağışlayan, hamının təriflədiyi, amma sonradan zəifləyən futbolçular olub. Yaxud da əksinə, o yaşa qədər heç kimin tanımadığı futbolçular sonra artırmağa başlayırlar. İnsan həyatı da belədir, keçid dövrü var, özü də, səsindən tutmuş digər komponentlər də dəyişir. Bu yaşlarda çox dəyişiklik baş verir. Həmin vaxt kimin inkişaf edib-etməməyi rol oynayır, ətrafı, komanda, verilən dəstək kimi amillər çox önəmlidir”.

Heydərli erkən debütün futbolçuların gələcək karyeralarını “yandırması” fikri ilə tam razılaşmır: “Yandırır, deməyək. Bu da, müxtəlif amillər də ola bilər. Bu, fərdi məsələdir, insana görə dəyişir. Bəzisində belə ola bilər, digərlərində başqa. Hamısı barədə erkən oynamaqları onları yandırdı desək doğru olmaz”.

FİFA agenti “Qarabağ”ın heyətində debüt edən Amin Rzayevin karyerasının daha uğurlu olacağına inanır: “Hər futbolçumuz kimi Aminə uğurlar arzulayırıq. İnşallah, karyerası uğurlu olar. O, şanslı futbolçulardandır ki, “Qarabağ”dadır, ətrafında təcrübəli futbolçulardır, yaxşı kollektiv, yaxşı baş məşqçi. İnanırıq ki, o, belə problemləri yaşamayacaq və karyerası uğurlu olacaq”.

Vüqar Xeyrullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri