Icma.az
close
up
RU
AMİP və Müsavat arasında gərginlik KONKRET

AMİP və Müsavat arasında gərginlik KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə Müsavat Partiyasının Məclis sədri Arif Hacılının 1993-cü il 4 iyun qiyamından danışarkən Etibar Məmmədov barədə dediklərinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, A.Əlizadə Pravda.az- da açıqlamasında deyib ki, növbəti dəfə Arif Hacılı bütün hadisələri kökündən təhrif edərək danışır.

Onun qeyd edib ki, vaxtilə Azərbaycanı dəhşətli fəlakətə sürükləyənlər, yarıtmaz idarəçilik ilə ölkədə vətəndaş qarşıdurmasına səbəb olanlar, torpaqların müəyyən hissəsinin itirilməsinə rəvac verənlər yenə yaxın keçmişdə olan, fiksə edilən, videogörüntüləri olan hadisələr barədə yalanlar danışırlar: “Bu yalan nəinki siyasətçiyə, heç insana yaraşmır. Birmənalı olaraq ozamankı AXC-Müsavat cütlüyünün hakimiyyətinin çökməsində əsas rolu oynayanlardan birincisi elə Arif Hacılı olub. Yarıtmaz fəaliyyətləri ilə Azərbaycanı olduqca bərbad vəziyyətə gətirib çıxarmışdılar. Azərbaycan Şimaldan, Cənubdan parçalanmaq üzrə idi. Sürət Hüseynovun qiyamından danışan adam  bunu da deməlidir ki, Surət Hüseynova vəzifəni kim vermişdi? Ona vəzifələri kim tapşırmışdı? Surət Hüseynovu o dərəcədə kim şişirtmişdi? Sonradan onunla baş-başa gələrək böyük qarşıdurmaya səbəb olan kim idi? 4 iyun hadisələri əslində artıq yarıtmaz fəaliyyətin nəticəsi idi. Bütövlükdə xalqın dəstəyi ilə hakimiyyətə gələnlər xalqın dəstəyindən tam məhrum oldular, düzdə – ortalıqda qaldılar. Surət Hüseynovun qorxusundan hərəsi bir yerə qaçıb, pərən-pərən oldular. Etibar Məmmədovun Surət Hüseynovla görüşdüyünü deyən adam tam olaraq yalan danışır. Hələ başqa ifadələr işlətmək istəmirəm. Bu dərəcədə yalan danışmaq olmaz…” – Arzuxan Əlizadə bildirib.

AMİP sədrinin sözlərinə görə, Etibar Məmmədov 1993-cü il, iyunun 20-də Gəncəyə gedib: “Artıq tam olaraq vəziyyət dəyişmişdi, Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçilmişdi. İyunun 17-də Elçibəy heç kəsə demədən hakimiyyəti qoyub getdi, bir də məlum oldu ki, artıq Kələkidədir. Məlumata görə, bundan nə Elçibəyin öz ətrafının, nə də Arif Hacılının xəbəri olmuşdu. Surət Hüseynov da öz silahlı dəstələri ilə Bakıya doğru gəlmək istəyirdi. Belə bir məqamda Etibar Məmmədov Gəncəyə gedir, Surət Hüseynovla danışır və ona deyir ki, hadisələrdə müəyyən qədər xalq dəstəyini qazandın, amma Bakıya gələcəksənsə, bu, artıq qiyamdır və heç bir halda etmək olmaz. Razılaşırlar ki, dayanmaq lazımdır, çünki vəziyyət vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Əvvəl Surət Hüseynov razılaşdı, amma sonradan kimlərinsə təhriki ilə Bakıya doğru gəlməyə başladı. Digər hadisələr də yaddaşdadır. Tarix və faktlar elə şeydir ki, onların qarşısında heç bir yalan tab gətirə bilmir. O vaxt hakimiyyəti qoyub qaçanlar, vəzifələrini donduranlar, Surətin qorxusundan pərən-pərən düşüb harada gizləndikləri, başlarını haraya soxduqları bəlli olmayanlar hər dəfə 4 iyun hadisələri gələndə ağız dolusu danışırlar ki, guya Etibar Məmmədov – AMİP qiyama dəstək verib. Əksinə, həmin o sənədi dəfələrlə ortaya qoymuşuq. AMİP-nin Mərkəzi Şurasının sənədi, qərarı var. AMİP 4 iyun hadisələrini qiyam adlandıran yeganə siyasi təşkilatdır. Bir dənə siyasi təşkilat göstərin ki, həmin dövrdə Surət Hüseynovun addımlarını qiyam adlandırmış olsun. Yoxdur! Həmin dövrə aid protokollar, çıxarışlar və s. əlimizdədir. Mərkəzi Şuranın qərarı var. Hamısı çap olunub. O vaxtkı mətbuatda da məlumatlar qalır. Tanış olmaq istəyənlər  indi də   gəlib AMİP-nin böyük arxivi ilə tanış ola bilərlər. Sözün həqiqi mənasında yalanlarla gündəmə gəlmək, öz yarıtmaz siyasətlərini, ölkəni bərbad günə qoymaqlarının məsuliyyətini başqalarının üstünə yıxmaq bu adamların adətidir. Zamanında xalq hərəkatında iştirak edən, xalqın dəstəyini qazanan adamlar sonradan belə bir rəzil duruma düşürlərsə, yarıtmaz fəaliyyətlərini ört-basdır etmək istəyirlərsə, buna yalnız təəssüf etmək qalır. Arif Hacılı deyir ki, guya gəlib Etibar Məmmədova baş nazir vəzifəsini təklif edib. Burada da çox böyük yalanlar var. Arif Hacılı gəlməyinə gəlib, amma deyib ki, hakimiyyəti təmsil edərək yox, birlikdə hərəkatda olmuşuq, sizdən məsləhət almağa gəlmişəm. Bu məqsədlə gəlib. Aydın məsələdir ki, iyun hadisələrində kimə hansı vəzifələr təklif olunurdu. Yeganə düzgün addımları bu oldu ki, vəziyyətdən çıxmaq üçün Heydər Əliyevi dəvət etdilər. Bunu da Etibar Məmmədovun boynuna qoymaq istəyirdilər. Axı tarix tarixliyində qalır. Mərhum Heydər Əliyev özü dəfələrlə deyib ki, Elçibəy onun ardınca üç dəfə təyyarə göndərib, zəng edib. Eləcə də digər hakimiyyətdə olanlar onu israrla Bakıya dəvət ediblər ki, çıxılmaz durumdan çıxsınlar. Ard-arda istefa veriblər. Baş nazir, ali məclisin sədri istefa verib və həmin vəzifələr Heydər Əliyevə təklif olunub. Bu adamlar bu dərəcədə yalanlar danışmaqla olan-qalan hörmətlərini  də itirirlər. Həqiqət isə budur və onu heç nə ilə ört-basdır etmək mümkün deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri