“Amma nəzərə alaq ki, “Qarabağ”ın səviyyəsinə görə rəqibi münasib idi” menecer fikri
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Bu həftə dörd klubumuz avrokuboklarda oynadı, üçü mərhələ adladı. “Qarabağ” “Şelburn”a, “Araz-Naxçıvan” “Aris”ə, “Sabah”isə “Petrokub”a güc gəldi.
Bu artıq Azərbaycan klub futbolunun inkişafıdımı? Sualı menecer Emil Şükürova ünvanladıq:
“Üç klubumuzun mübarizəni davam etdirməsi sevindirici haldı. Amma nəzərə alaq ki, “Qarabağ”ın səviyyəsinə görə rəqibi münasib idi. “Sabah”ın rəqibi Moldova təmsilçisi idi, amma “Şerif” deyildi. “Şerif” daha çox müqavimət göstərə bilərdi. “Araz-Naxçıvan”ın uğurunu fərqləndirmək istəyirəm. Çox yaxşı oyun ortaya qoydular. “Zirə” isə əzmkarlığını ortaya qoya bildi. Komandaların arasında surət fərqi hiss olunurdu. Hələ xorvat futbolunun Azərbaycan futbolundan fərqi var. Bizə, sadəcə, azarkeşlik etmək düşür. Bunlar hamısı sevindirici haldı”.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:116
Bu xəbər 03 Avqust 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















