Icma.az
close
up
RU
Amnistiya aktı 90 xarici ölkə vətəndaşına şamil edilib

Amnistiya aktı 90 xarici ölkə vətəndaşına şamil edilib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktı 90 xarici ölkə vətəndaşına şamil edilib.

APA xəbər verir ki, bunu Bakı şəhər Binəqədi rayon prokurorluğunun yeni inzibati binasında gənclər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən “Açıq qapı günü”ndə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev deyib.

Bildirilib ki, Amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.

“Açıq qapı günü” tədbirində giriş sözü ilə açan Binəqədi rayon prokuroru Fuad Məmmədov bildirib ki, yeni inzibati binada yaradılmış müasir və funksional iş şəraiti əməkdaşların fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir. O, vətəndaş müraciətlərinə həssas və operativ yanaşmanın əsas prioritetlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, müasir maddi-texniki baza və rəqəmsal həllər rayon prokurorluğunun fəaliyyətində çevikliyin və keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli prokurorluq orqanlarında kadr potensialının gücləndirilməsi, davamlı təlim proqramlarının təşkili və əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, müasir infrastruktur və tədris imkanları hüquqi dövlət quruculuğu prosesində prokurorluğun rolunun daha da möhkəmləndirilməsinə şərait yaradır.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında aşkarlıq və ictimaiyyətlə əlaqələrin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, media və vətəndaş cəmiyyəti institutları ilə açıq və konstruktiv əməkdaşlıq hüquqi maarifləndirmənin genişlənməsinə, vətəndaş məmnunluğunun artırılmasına və cəmiyyətlə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Tədbir çərçivəsində iştirakçılara bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində istifadəyə verilmiş yeni inzibati bina müasir standartlara cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların səmərəli fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi bölmə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun layihələndirilib.

Tədbir zamanı peşəkar prokurorluq əməkdaşları qurumun fəaliyyəti, istintaq və prosessual nəzarət sahəsində həyata keçirilən işlər, habelə vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə dinləyicilərə ətraflı məlumat veriblər. İştirakçılar inzibati binada yaradılmış müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş xüsusi bölmə, konfrans zalı və xidməti otaqlarla tanış olub, eləcə də istifadə olunan kriminalistik texnika və avadanlıqlara əyani baxış keçiriblər. Onlara “Elektron Prokurorluq” informasiya sisteminin funksional imkanları praktik formada nümayiş etdirilib, rəqəmsal sənəd dövriyyəsi və müraciətlərin onlayn izlənilməsi mexanizmi izah olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Fevral 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri