“Amnistiya aktı dövlət quruculuğunda insan amilinin prioritet olduğunu nümayiş etdirir“ MÜNASİBƏT BİLDİRİLDİ
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktı son günlər ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdur. Bu sənəd hüquqi məzmunu ilə yanaşı, siyasi və sosial baxımdan da xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, qeyd edilməlidir ki, amnistiya aktı “Suverenlik və Konstitusiya İli” çərçivəsində qəbul olunması baxımından dövlətçilik tariximizə mühüm töhfə hesab olunur və Azərbaycan dövlətinin humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir: “Amnistiya aktı dövlət quruculuğu prosesində hüququn aliliyinin və insan amilinin prioritet olduğunu bir daha nümayiş etdirir. Yeni il ərəfəsində bu qərarın qəbul edilməsi minlərlə ailə üçün sevinc və ümid mənbəyinə çevriləcəkdir. Sənədin icrası nəticəsində məhkum olunmuş şəxslərin bir qisminin cəzası yüngülləşdiriləcək, bir qismi isə azadlığa buraxılacaqdır. Bu isə cəmiyyət daxilində sosial həmrəyliyin və humanizm prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, möhtərəm Prezidentin rəhbərliyi altında mütəmadi olaraq imzalanan əfv sərəncamları və amnistiya aktları ölkədə demokratikləşmə prosesinin davamlı xarakter daşıdığını göstərir. Bu addımlar insan hüquqlarının qorunması, vətəndaşların dövlətə olan etimadının artırılması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından mütərəqqi təşəbbüslər kimi qiymətləndirilir.
Amnistiya aktının qəbul edilməsi həm də cinayətkarlığın azaldılması, cəmiyyətə reinteqrasiya proseslərinin gücləndirilməsi və hüquqi maarifləndirmənin artırılması baxımından əhəmiyyətlidir. Bu sənəd, dövlətin yalnız cəza verən deyil, eyni zamanda islah edən və sosial məsuliyyət daşıyan bir institut olduğunu ortaya qoyur.
Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə üst-üstə düşən bu mühüm ildə amnistiya aktının qəbul edilməsi həm hüquqi, həm də ictimai-siyasi baxımdan ilin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirilə bilər. Bu qərar Azərbaycan dövlətinin suverenlik, ərazi bütövlüyü və hüquqi dövlət quruculuğu istiqamətində apardığı ardıcıl və prinsipial siyasətin məntiqi davamıdır”.
Günay Hacıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 17 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















