Icma.az
close
up
RU
Amorim 30 əməkdaşın Bilbaoya səfər xərclərini ödədi

Amorim 30 əməkdaşın Bilbaoya səfər xərclərini ödədi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mançester Yunayted” çərşənbə günü Avropa Liqasının finalında “Tottenhem”ə uduzmaqla dünyanın dörd bir yanındakı, təbii ki, həm də Azərbaycandakı fanatlarını üzdü. Premyer-liqada 16-ci pillədə qərarlaşan komanda yalnız bu turniri qazanmaqla azarkeşlərinin könlünün müəyyən mənada ala bilərdi ki, bunu da bacarmadı. Final oyunu ərəfəsində “qırmızı şeytanlar”ın düşərgəsində elə maraqlı hadisələr baş verib ki...
Sonuncu avrokubok qənimətinin 2017-ci ildə qazanan (Avropa Liqasının finalında “Ayaks” məğlub edilmişdi) “Yunayted” camiəsi “Tottenhem”lə qarşılaşmanı səbirsizliklə gözləyirdi. Özü də “mahmızlar” bu mövsüm “qırmızı şeytanlar”ı dəfələrlə cəzalandırıb deyə, çoxları Bilbao finalına həm də qisas imkanı kimi baxırdı.
MY-də çalışanların niyyəti İspaniyaya yollanmaq idi. Amma klub rəhbərliyi bəzən hətta absurd səviyyəsinə çatan qənaət siyasəti çərçivəsində əməkdaşlarına mövsümün əsas oyunu üçün bilet vermədi. Əlbəttə, bir başqa top-klub bütün əməkdaşlarının İspaniyaya səfər xərclərini ödəyərdi. Hələ heç oyuna bileti demirik. Ancaq klub rəhbərliyi əvəzində əməkdaşlara klub kafesində istifadə olunan yemək talonları bağışladı. Yəni buyurun, kafedə televizor önünə keçin və oyuna baxın. Maraqlıdı ki, Ruben Amorimin komandası kuboku qazansaydı, yenə qənaət rejimi davam edəcəkdi. Heç bir halda şəhərdə çempionluq paradı təşkil olunmayacaqdı. Kubok Mançesterə gətirilsəydi, oyunçular və məşqçi korpusu klub bazasında kabab çəkəcəkdi.
Düzdü, hələ ser Aleks Ferqyusonun dövründə əsası qoyulan bir ənənəyə yeni rəhbərlik toxunmamışdı: futbolçular İspaniyaya Pol Smit brendinə məxsus 1000 funt sterlinqlik kostyumla yollanmışdı. Məşhur ingiltərəli dizayneylə əməkdaşlığın əsası 2008-ci ildə qoyulub.
Bugünkü MY-nin qəhrəmanlarından biri də Amorimdi. Əlbəttə, nəticələri nəzərdə tutsaq, birmənalı şəkildə mənfi qəhrəmandı. Amma... ESPN-in yaydığı xəbərə görə, portuqaliyalı məşqçi hər gün 14 saat çalışır. Səhər saat 7-də bazaya gəlir, bir də axşam saat 9-da evinə yollanır. Bilbao finalı üçün biletə layiq görülməyən “Yunayted” əməkdaşları isə fərqli bir səbəbdən Amorimə hörmət edirlər. İş ondadı ki, portuqaliyalı mütəxəssis məşqçi korpusu, xidmət personalı və onların ailə üzvlərindən ibarət 30 şəxsin İspaniyaya səfər xərclərini öz cibindən ödəyib. Klubun sahibi Cim Retkliffin inanılmaz xəsisliyi fonunda gözəl jest oldu! Müqayisə üçün bir faktı xatırladaq: PSJ bossları Çempionlar Liqasının finalını izləmək üçün Münhenə yollanacaq 600 əməkdaşının bütün gediş-gəliş xərclərini, biletinin pulunu ödəyəcək.
Mançesterdə qışdan bəri maliyyə məsələlərinə xüsusi diqqət yetirməyə başlayıblar. Məhz onda klub rəhbərliyi əməkdaşlarının sayının 20 faiz azaltmağa qərar verdi. İş yerini qoruya bilənlər isə sərt nəzarətlə üzləşib – hər funt sterlinqin hesabatını vermək lazım gəlir. Daha bir vacib qərar odu ki, əməkdaşlar isti nahar yeməklərindən də məhrum olunub. Qadağa yalnız meyvəyə aid deyil. Düzdü, sonradan rəhbərlik bu qərarı bir qədər yumşaldıb - əvvəllər olduğu kimi, yenə də əməkdaşlara sup və çörək pulsuz verilir. Qalan hər şey üçün pul ödəmək lazımdı. Bax, talon məsələsi də elə qışdakı həmin qərardan sonra işə düşüb.
Ümumiyyətlə, “Yunayted” və pul xüsusi toxunulası mövzudu. 16-cı pillədə qərarlaşan komanda hər sentin hesabatını aparır. Retkliff özü bütün bu addımların məcburiyyətdən atıldığını deyir. Bununla belə, ona da əmindi ki, klubda ştatda olan işçilərin sayı şişiridilib, xərcləri mütləq azaltmaq lazımdı.
“Yunayted”in Avropa Liqasını qazanıb Çempionlar Liqasına yollanması həm də pul mülahizələrinə görə vacib idi. Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə avtomatik iştirakçılara
18,62 milyon avro qazandırıb.
Əsas mərhələdə 8 qələbə qazanan, 1-ci yeri tutan komanda xəzinəsinə daha 50 milyon əlavə edə bilərdi. Biz hələ teleyayın hüququnun satışına görə əldə olulnan vəsaiti bura qatmırıq. Növbəti mövsüm qazanc bir qədər də artacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri