Ana 2 yaşlı körpəsinin yeməyinə kimyəvi maddə qataraq öldürdü
Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulda qan donduran hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Dilek C. adlı qadın 2 yaşlı körpəsinə tiner içirib.
İddiaya görə, Kırıkkaledə yaşayan Dilek Ç. (23) və sevgilisi Y.E.-nin nikahdankənar uşaqları olub.
Ata Y.E uşaqdan imtina etdikdən sonra Dilek Ç uşağına tək baxıb.
Hadisə baş verən gün Bağcılarda parkda olan ana körpənin yeməyinə tiner qatıb.
2 yaşlı Emre Ç. şüşədəki tineri içib.
Zəhərlənən körpə Fatehdəki xəstəxanaya çatdırılıb.
2 ay reanimasiyada qalan uşaq dünən xəstəxanada dünyasını dəyişib.
Polis qrupları uşaq kimyəvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparıldıqdan sonra ana və atanı nəzarətə götürüb.
Polis bölməsində sorğu-sual zamanı ana övladının nikahdankənar doğulduğunu və atasının ona baxmadığı üçün depressiyaya düşdüyünü, bu hadisəni də ona görə törətdiyini bildirib.
Qadın məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















