Ana azyaşlı oğlunu ayağından qapıya bağladı Araşdırma APARILIR
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ana azyaşlı oğlunu ayağından qapıya bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova ATV-yə bildirib ki, bəzi valideynlər uşaqları sakitləşdirmək üçün alternativ tapmadıqları halda, onları ya telefona, ya da televizora yönləndirirlər:
"Təəssüf ki, bəzi valideynlər övladları ilə vəhşi heyvan kimi davranırlar. Bu isə azyaşlı üçün ciddi psixoloji travmadır".
Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də reaksiya verib.
Qurumdan bildirilib ki, məsələ komitənin nəzarətindədir və uşağın faktiki yaşadığı yerin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Ətraflı süjetdə:
Ana azyaşlı oğlunu ayağından qapıya bağladı - Araşdırma APARILIR


