Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Ana dilini bilməyən heç bir dili mükəmməl öyrənə bilməz İngilis dili müəllimi

Ana dilini bilməyən heç bir dili mükəmməl öyrənə bilməz İngilis dili müəllimi

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva xarici dil fənni üzrə 11 illik buraxılış imtahanında tətbiq ediləcək yeniliklərdə danışıb. O qeyd edib ki, 2027-ci ildə keçiriləcək buraxılış imtahanlarında 25 qapalı sual, 1 yazı tapşırığı olacaq. Əvvəl isə həm qapalı, həm də açıq tipli suallar olub. DİM-in şöbə müdiri əlavə olaraq vurğulayıb ki, yeni imtahan modelini nəzərə alaraq imtahanın 15 dəqiqə artırılmasını nəzərdə tutublar və bu Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır.

İngilis dili müəllimi Səbinə Babayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, 2027-ci ildən etibarən ingilis dili fənni üzrə buraxılış imtahanlarında nəzərdə tutulan yeni format şagird və müəllimlərin diqqət mərkəzindədir:

"Yeni modelə əsasən imtahanda xarici dil üzrə 25 qapalı test sualı və bir açıq esse sualının olacağı qeyd olunur. İlk baxışda açıq sual sayının azaldılması imtahanın sadələşdirilməsi kimi görünə bilər. Lakin əslində esse tapşırığının mahiyyəti dəyişdirilərək daha çətin və daha tələbkar bir formaya salınıb. Gələn ilin abituryentlərindən 9-cu sinif buraxılış imtahanında 30–35 sözdən ibarət qısa təsviri esse və ya şəkil üzrə yazı tələb olunmuşdu, yeni modeldə artıq 100 sözdən ibarət mövzu əsaslı esse yazmaq tələb edilir. Bu dəyişiklik yalnız söz sayının artması deyil, eyni zamanda şagirdin fikrini daha geniş, ardıcıl və məntiqi şəkildə ifadə etməsini tələb edir. Bu isə hər şagirdin dil bacarıqlarına və yazı potensialına uyğun deyil. İmtahan müddətinin isə təxminən 15 dəqiqə artırılması nəzərdə tutularaq bu dəyişiklikləri qismən kompensasiya etsə də, bir çox hallarda bu vaxtın kifayət etməyəcəyi ehtimal olunur. Şagirdlərin yazı sürəti, düşünmə bacarığı və test həll etmə vərdişləri fərqli olduğuna görə, yeni format bəzi şagirdlər üçün əlavə çətinlik yaradacaq".

Həmsöhbətimizin fikrincə, problemin əsas səbəblərindən biri yalnız imtahan formatı deyil, ümumi təhsil sistemində mövcud olan baza çatışmazlıqlarıdır:

"Şagirdlərin həm ana dilində oxuyub-anlama bacarıqları, həm də yazılı ifadə qabiliyyətləri kifayət qədər inkişaf etmiş deyil. Leksikanın zəif olması, fikrin ardıcıl şəkildə ifadə edilməsində çətinliklər və mətn qurma bacarığının aşağı səviyyədə olması ciddi problemlər yaradır. Təcrübə göstərir ki, bir çox şagird hətta ana dilində gördüyü bir şəkli tam, məntiqli və əlaqəli şəkildə təsvir etməkdə çətinlik çəkir. Bu isə onların xarici dildə akademik yazı bacarıqlarının inkişafı üçün ciddi maneədir. Ana dilində ifadə bacarığı zəif olan şagirdin xarici dildə mükəmməl yazı yazması real deyil. Hazırkı vəziyyətdə şagirdlər çox zaman şablon cümlələr və əzbərlənmiş ifadələr vasitəsilə imtahanlara hazırlaşırlar. Bu yanaşma qısa müddətdə nəticə versə də, uzunmüddətli dil bacarığının formalaşmasına xidmət etmir. Nəticədə şagirdlər yaradıcı düşünmək və sərbəst yazı yazmaq əvəzinə, hazır modelləri təkrarlamağa yönəlirlər.

Bütün bu səbəblərə görə, bir çox xarici dil müəllimləri hesab edirlər ki, şagirdlərin yazı bacarıqları ilk növbədə ana dilində inkişaf etdirilməlidir. Daha sonra xarici dildə akademik yazı bacarıqlarının yoxlanılması daha düzgün yanaşma ola bilər. Əks halda, imtahanlarda tələb olunan nəticələr real dil bacarığını əks etdirməyəcək və sadəcə mexaniki öyrənməyə əsaslanacaq. Nəticə olaraq, yeni imtahan formatı texniki baxımdan müasirlışdirilmiş görünsə də, şagirdlərin mövcud hazırlıq səviyyəsi ilə müqayisədə kifayət qədər çətin və uyğunsuz bir modeldir. Təhsil sistemində əsas diqqət yalnız imtahan formatının dəyişdirilməsinə deyil, həm də şagirdlərin əsas dil bacarıqlarının, xüsusilə yazı və ifadə qabiliyyətlərinin sistemli şəkildə inkişaf etdirilməsinə yönəldilməlidir. Ana dilini bilməyən heç bir dili mükəmməl öyrənə bilməz", - deyə S.Babayeva vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:443
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Aprel 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri