Ana İnstagramda tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını öldürdü
Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hindistanda ana "İnstagram"da tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını öldürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni Hindistan polisi təsdiqləyib.
Belə ki, küçələrdən birində ölü tapılan 5 yaşlı uşaq xəstəxanaya gətirilib və ekspertizaya göndərilib.
Nəticədə onun boğularaq öldürüldüyü ortaya çıxıb. Daha sonra anası polis tərəfindən saxlanılıb.
Ana dindirmə zamanı ifadəsində birinci ərinin onu tərk etdiyini, daha sonra "İnstagram"da Rahul adlı şəxslə tanış olduğunu bildirib. Qadın Rahulla evlənmək məqsədi ilə Dehliyə köçüb.
Lakin Rahul və ailəsi qadının uşağını qəbul etməyib və buna görə də evliliyi rədd ediblər. Bu səbəbdən ana qızını öldürüb.
Qadın həmçinin polisə Dehliyə gəlməmişdən əvvəl Himaçal-Pradeşdə qohumu ilə yaşadığını və bu müddətdə uşağının cinsi istismara məruz qaldığını bildirib.
Qadın həbs edilib və faktla bağlı araşdırma davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















