Icma.az
close
up
RU
Ana müxalifət iqdidara ilk qolunu vurdu

Ana müxalifət iqdidara ilk qolunu vurdu

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


CHP rəhbərliyi qərara gəlmişdi ki, ABŞ - dakı partiyalarda olduğu kimi prezidentliyə namizədi partiya daxili seçki ilə müəyyən etsin. Prosesə artıq başlanmışdı. Prezidentliyə potensial namizədlərdən paytaxt Ankaranın meri Mansur Yavaş namizəd olmaqdan imtina etmişdi, İstanbulun meri Əkrəm İmamoğlu namizəd olduğunu açıqlayaraq partiya təşkilatlarından dəstək almaq üçün regionlara səfərə çıxmışdı. AK Partiya isə bu seçkilərə də hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla gedəcəyini bildirir. Konstitusiya Ərdoğana yenidən namizəd olmağa imkan verir. Çünki prezidentlik müddəti haqqında maddə 2018 - ci il seçkilərindən sonra qəbul edilib. Məhz ondan sonra Türkiyə tam prezident respublikasına keçid etdiyi üçün Ərdoğanın əvvəlki dövrləri sıfırlanıb. Görünən o idi ki, CHP Ərdoğanın qarşısına İmamoğlunu çıxaracaq. Ancaq Türkiyə iqdidarı bunu arzu etmir. Çünki bütün rəy sorğularında İmamoğlu Ərdoğanı qabaqlayır. Nisbətən gənc və enerjili siyasətçi olan İstanbul merinin artıq yaşlanmış Ərdoğanı seçkidə məğlub etməsi sürpriz olmayacaq. Ərdoğan dövründə Türkiyə iqtisadiyyatında ərəb sərmayəsi ölkədə türk iş adamlarını sıxışdırmağa başladı. Bütün bunlara görə Türkiyədə biznes elitası əsasən İmamoğlunu dəstəkləyəcək. Xüsusilə nəzərə alaq ki, onun İstanbula rəhbərlik etdiyi dövürdə biznes dünyası ilə geniş əlaqəsi yaranıb, İstanbul sendikası tərəfindən ciddi şəkildə dəstəklənir. Bütün bu gərgin siyasi mühitin fonunda isə İstanbul Dövlət Universiteti Əkrəm İmamoğlunun ali təhsil diplomunu ləğv etdi. Əlbətdə ki bu son deyil. İmamoğlu bunu yaxşıca reklam edərək öz seçki kampaniyasında istifadə edəcək, yenə özünü mağdur göstərək ölkə boyu iqdidarın bu addımdan istifadə edəcək. Eyni zamanda hüquqi prosedurda başlayacaq. Əvvəlcə Yargıtaya, daha sonra isə Anayasa Məhkəməsinə baş vurulacaq. Universitetin bu qərarı ehtimal ki, Anayasa Məhkəməsi tərəfindən iptal ediləcək. Çünki ana qanun İmamoğlunun diplomunu ləğv etməyə imkan vermir. Qanunlara görə diplomun verilməsi qaydası ali məktəb rəhbərliyi tərəfindən müəyyən edilir. Əgər ali məktəbin diplomu səhv verdiyi aşkar edilərsə burda diplom alan yox, diplom verən məsuliyyət daşıyır. Buna görə də universitet " mən diplomu səhf verdiyim üçün ləğv edirəm " deyə bilməz. Diploma nömrə verildikdən sonra qanuna görə o geri alına bilməz. Buna görə ali məktəbin qərarı siyasi və əlbətdə qanunsuzdur. Böyük ehtimalla Türkiyə Konstitusiya Məhkəməsi bu qərarı ləğv edəcək. Bu qərar sadəcə İmamoğlunun əlini gücləndirdi. Ona görə bu gün CHP - də bayramdır. Ana müxalifət iqdidara ilk qolunu vurdu.
Zeynal Əmrəliyev, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Mart 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri