Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Ana südü ilə bağlı 7 mif və bilməli olduğunuz şeylər

Ana südü ilə bağlı 7 mif və bilməli olduğunuz şeylər

Icma.az, Saglamolun saytına istinadən bildirir.

BMT illik göstəricilərini artırmaq kampaniyası çərçivəsində qadınların iş yerlərində uşaqlarına süd verə bilməsinə daha çox dəstək verməyə çağırır.

Çağırışda deyilir ki, ana südü ilə qidalanmayan körpələrin ilk doğum günündən əvvəl ölmə ehtimalı, sadəcə ana südü ilə qidalananlara nisbətən 14 dəfə çoxdur. BMT ödənişli analıq məzuniyyəti, analar üçün süd vermə fasilələri və iş yerində anaların körpələrini əmizdirə bilməsi və ya südlərini sağa bilməsi üçün otaqlar yaratmaq üçün çağırış edir.

Qadınları uşaqlarına ana südü verməkdən çəkindirə biləcək bir çox miflər var. BBC iki mütəxəssislə bu miflərin ən çox yayılanları haqda danışıb.

Catriona Waitt Liverpul Universitetində Klinik Farmakologiya və Qlobal Sağlamlıq professoru, Makerere Universiteti Sağlamlıq Elmləri Kollecində tədqiqatçıdır, Alastair Sutcliffe isə London Universitet Kollecində Ümumi Pediatriya professorudur.

Mif 1: Əmizdirmə vaxtı ağrılar və döş uclarının şişməsi adi haldır

Professor Waitt hesab edir ki, buna cavab vermək bir qədər çətindir:

"Çünki bəzi ilkin narahatlıqlar tamamilə normaldır və döş ucları süd verməyə öyrəşənədək əvvəllər də ağrıya bilər. Bununla belə, ana südü ilə qidalanma zərər verməməli və şiddətli ağrıya səbəb olmamalıdır. Bu, döş uclarının iltihablanma ehtimalının daha yüksək olduğunu və ya körpənin döşü düzgün tuta bilmədiyini göstərir".

Onun sözlərinə görə, bəzi narahatlıqlar normal ola bilər və xüsusilə ilk dəfə əmizdirməyə başlayan anaların bir az adaptasiyaya ehtiyacı ola bilər. Əgər əmizdirmə həddindən artıq ağrılıdırsa və diskomfort yaradırsa, bu barədə həkiminiz, tibb bacısı və ya mamaça ilə məsləhətləşməlisiniz".

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Mif 2: Süd verməyə dərhal başlamasanız, daha sonra bunu edə bilməyəcəksiniz

Professor Sutcliffe-a görə, anaları əmizdirməyə təşviq edən hər şey bir çox səviyyədə insan sağlamlığı üçün faydalıdır.

"Körpəni dərhal əmizdirməyin bir çox faydası var. Qidalanma bunun ən bariz üsuludur. Bu, həmçinin doğuşsonrası uşaqlıqda qanaxmanın qarşısını almağa və ya yavaşlatmağa kömək edəcək uşaqlığın daralması prosesinin başlamasına kömək edir. Həmçinin doğuşdan sonrakı ilk bir neçə gündə insan orqanizmi kolostrum adlanan xüsusi zülalla zəngin maddə istehsal edir. Bu, laktasiya dövrünü başladan zəngin bir maddədir".

Mif 3: Əgər süd verirsənsə, heç bir dərman qəbul edə bilməzsən

Professor Waitt bildirir ki, adətən, dünyanın istənilən yerində anaların ilk sualı budur:

“Hər hansı bir dərman körpəm üçün təhlükəsizdirmi?” Həqiqət budur ki, bir çox dərman körpəyə çox aşağı səviyyədə çatır. Əgər həkim sizin dərmana ehtiyacınız olduğunu deyibsə, onlara suallarınızı verin, lakin çox güman ki, dərmandan istifadə etmək təhlükəsizdir. Körpənin ən çox ehtiyacı olan şey sağlam anadır. İnfeksiya, depressiya və ya ümumi ağrıya qarşı ən çox yayılmış dərmanlar, ehtimal ki, təhlükəsizdir".

Professorun fikrincə, "südvermə zamanı istifadə edilməməsi lazım olan dərmanların sayı çox azdır. Çox vaxt onlar xərçəng kimi çox xüsusi ciddi xəstəliyin müalicəsi üçün nəzərdə tutulanlardır.

Riskləri və faydalarını diqqətlə nəzərdən keçirməyi tələb edən başqa dərmanlar da var. Ana südü ilə qidalanma zamanı dərman təyin olunan hər bir qadına resepti yazan şəxsə sual vermək səlahiyyəti verilməlidir".

"Reseptsiz yazılan bəzi dərmanların, məsələn, soyuqdəymə və qripə qarşı olanların istifadəsində ehtiyatlı olmaq lazımdır. Belə dərmanlar süd tədarükünü azalda bilər. Çalışın, bitki mənşəli dərmanların istifadəsindən çəkinəsiz, çünki siz heç vaxt onun tərkibində nə olduğunu dəqiq bilmirsiniz və onların çoxu lazımi şəkildə öyrənilməyib", - professor Waitt bildirir.

Sadə nəvazişlə körpələrin sancısını azaltmaq mümkündürmü?5 Yanvar 2019

Britaniyalı analar ana südünü mübadilə edirlər. Bu təhlükəlidirmi?21 Dekabr 2017

Stresli vəziyyətlər yuxumuza niyə təsir edir?3 Aprel 2021

Mif 4: Əmizdirməzdən əvvəl yalnız sadə yemək yeməli və ədviyyatlı yeməklərdən uzaq durmalısınız

Professor Waitt: "Elə bir qida yoxdur ki, ana südü verərkən onu yemək qadağan olunsun. Bununla yanaşı, ana südünüzün dəqiq tərkibi pəhrizinizdən təsirlənir. Bəzi hallarda, qadın bir davranış müşahidə edə bilər. Məsələn, uşaqlarımdan birində müşahidə etdim ki, portağal kimi sitrus meyvələrin sularını içdiyim zaman, körpəm çox əsəbi olurdu.

Bəzən körpənizin qidalanmanızdan təsirlənə biləcək bir şeyə reaksiya verdiyini bir davranışla müşahidə edə bilərsiniz. Ancaq zərərli və ya tibbi cəhətdən düzgün olmayan heç bir şey yoxdur".

Mif 5: Əgər ana südü verirsinizsə, heç vaxt hazır qida istifadə edə bilməzsiniz

Prof Waitt-ə görə, bu, mütləq deyil. Amma, eyni zamanda bir çox ana südü istehsalı əsasən, tələb və təkliflə tənzimlənir.

"Qadın bədəni sizin körpənizə kifayət qədər süd istehsal edə bilməyiniz üçün heyrətamiz şəkildə yaradılıb. Körpə döşünüzü əmdikdə, lazımi miqdarda süd istehsalı üçün hormonları işə salır. Buna görə də, kiçik bir körpəni, nəhəng bir körpəni və ya hətta əkizləri belə, əmizdirsəniz, vücudunuz kifayət qədər süd istehsal edəcək.

Lakin siz bir forma uyğunlaşdırmağa başlasanız, həmin geribildirim döngəsi kəsilir. Bədəniniz körpənin daha çox ehtiyac duyduğuna dair kifayət qədər siqnal almır. Əgər siz süd çatışmazlığı ilə mübarizə aparırsınızsa və hazır qida verməyə başlasanız, bu sizə qısa müddətli rahatlıq verə bilər, lakin bu, problemi daha da pisləşdirməyə başlaya bilər.

Digər tərəfdən, əgər siz dəhşətli bir gecə keçirirsinizsə, ya da xəstə və yorğunsunuzsa və əriniz sizin dincəlməyiniz üçün körpəyə bir neçə dəfə hazır qida verirsə, bu o demək deyil ki, siz daha sonra ana südü verə bilməzsiniz".

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Mif 6: Əgər xəstəsinizsə, əmizdirməməlisiniz

Professor Sutkliff: "Xeyr, bu, bir mifdir. Bir insanın ana südü ilə qidalanmaması üçün yeganə hal HİV və ya hepatit olmasıdır. Bu viruslar keçmişdə faciəvi şəkildə yaşadığımız laktasiya yolu ilə ötürülə bilər.

Əksər hallarda analar xəstə olduqda ana südü ilə qidalandırmaq təhlükəsizdir, çünki onların bədənləri yeni doğulmuş körpələrini də qoruyan antikorlar istehsal edir. Əmizdirən anadan keçən körpənin xəstəliyini görmək olduqca nadirdir".

Mif 7: Bir ildən çox ana südü versəniz, uşağı süddən kəsmək çətin olacaq

Prof Waitt: "Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, körpənizi altı ay ərzində yalnız ana südü ilə qidalandırın, sonra isə tamamlayıcı qidalar tətbiq edin, ancaq istədiyiniz qədər ana südü ilə qidalandırmağa davam edin. Əmizdirməini dayandırmaq üçün tövsiyə olunan vaxt yoxdur.

Böyük Britaniya kimi bəzi yüksək gəlirli ölkələrdə körpələrin əksəriyyəti bir ildən iki ilədək tamamilə süddən kəsilir. Digər aşağı gəlirli ölkələrdə, məsələn, Uqandada, ana südü ilə qidalanma iki-üç yaşlı körpələrdə yaxşı davam edir. Qlobal problem ondan ibarətdir ki, bir çox ölkələrdə analara ÜST-in həmin tövsiyələrinə uyğun olaraq, yalnız ana südü ilə qidalandırmaq imkanı verən kifayət qədər analıq məzuniyyəti verilmir".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri