Icma.az
close
up
RU
Anadolu Agentliyinin İdarə Heyətin ilk sədri Əhməd bəy Ağaoğlu

Anadolu Agentliyinin İdarə Heyətin ilk sədri Əhməd bəy Ağaoğlu

Icma.az, Azertag saytına istinadən bildirir.

İstanbul, 19 may, AZƏRTAC

Anadolu Agentliyi Azərbaycan və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən geniş məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Türkiyə və Azərbaycan tarixində dərin izlər qoyan, türk düşüncə dünyasının qabaqcıl simalarından və Mustafa Kamal Atatürkün silahdaşlarından biri olan Əhməd bəy Ağaoğlu vəfatının 87-ci ildönümündə ehtiramla yad edilib.

Mütəfəkkirin Avropada təhsil alan ilk azərbaycanlılardan biri olduğu qeyd edilən yazıda onun, həmçinin, Anadolu Agentliyinin İdarə Heyətinin ilk sədri vəzifəsini icra etdiyi də bildirilir.

“1921-ci ildə azadlığa buraxıldıqdan sonra Anadoluya keçərək Milli Mübarizəyə qoşulan Əhməd Ağaoğlu, Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi Ankara hökuməti tərəfindən Mətbuat və Kəşfiyyat Baş İdarəsinin rəhbəri vəzifəsinə təyin edilib. O, eyni zamanda, “Hakimiyet-i Milliye” qəzetində baş yazıçı kimi fəaliyyət göstərib. Siyasi fəaliyyətini Türkiyə Büyük Millət Məclisində davam etdirən Ağaoğlu, Qars millət vəkili olaraq TBMM-in ikinci və üçüncü çağırışlarında deputat kimi çalışıb. Bu müddətdə təhsil fəaliyyətindən də ayrılmayıb və Ankara Hüquq Məktəbində konstitusiya hüququ dərsləri keçib. 1925-ci ildə səhmdar cəmiyyətə çevrilməsindən sonra, Anadolu Agentliyinin İdarə Heyətində keçirilən ilk iclasında Ağaoğlu qurumun ilk sədri seçilib”- deyə məqalədə bildirilir.

Mətndə Əhməd bəy Ağaoğlunun övladlarının da onun yolunu davam etdirərək Türkiyənin siyasi həyatına töhfə verdi vurğulanır. Belə ki, qızı Süreyya Ağaoğlu 1928-ci ildə sərbəst vəkillik lisenziyası alaraq “Türkiyənin ilk qadın vəkili” adını qazanıb.

Digər qızı Tezer Ağaoğlu Taşkıran isə oğlan liseyinə təyin olunan ilk qadın müəllim olub.

Məqaləyə əlavə olaraq Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığını əks etdirən infoqrafik hazırlanıb.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri