“Anadolu” xəbər agentliyinin əməkdaşı Qəzzada öldü
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Türkiyənin "Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.
Teleqraf.com , Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.
Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.
Agentlik bildirib ki, İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
"Anadolu"nun yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu ayağa qaldırmağa çalışsa da, sonra xəsarət almaqdan qorxaraq hadisə yerindən uzaqlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 10 Yanvar 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















