Icma.az
close
up
RU
Anadolunun Qara dəniz sahilləri

Anadolunun Qara dəniz sahilləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin şimalında yerləşən, yaşıl təbiəti və zəngin mədəniyyəti ilə seçilən Qara dəniz sahilləri “National geographic” jurnalının 2026-cı ilin ən ilhamverici səyahət istiqamətlərini təqdim edən “Dünyanın ən yaxşıları” siyahısına daxil edilib. Bu, həm regionun təbiət gözəlliklərinə, həm də qədim mədəni irsinə verilən böyük bir qiymətdir.

Qara dəniz sahilləri - bu, sadəcə bir coğrafiya deyil, insanı həm düşündürən, həm də rahatladan bir dünyanın qapısıdır. İndi bu qapı bütün dünyaya açılıb. Burada hər şey bir rəng ahəngidir: Rize və Trabzonun yamyaşıl çay plantasiyaları, Giresunun fındıq bağları, Ordu və Samsunun uzanan çimərlikləri, Artvinin qarlı dağ silsilələri - hamısı Qara dəniz sahilinin bir-birini tamamlayan simfoniyasıdır. Dalğalardan axan buz bulaqları və meşələrin yaşıl nəfəsi bu torpağa başqa bir ruh bəxş edir.

Kaçkar Dağları Milli Parkı bu sahillərin tacıdır - buradan baxanda dəniz, sanki dağların ayaqlarına sərilmiş mavi bir xalça kimi görünür. Sumela monastırı, Ayder yaylası, Amasra və Sinop kimi şəhərlər isə Qara dənizin təkcə təbiət deyil, mədəniyyət xəzinəsi olduğunu göstərir. Məhz bu baxımdan da “National Geographic”in “BEST OF THE WORLD” – 2026” siyahısında yer alan Türkiyənin Qara dəniz sahilləri dünya səyyahları üçün yeni kəşf məkanı kimi təqdim olunur.

Hər il “National Geographic”in redaktorları və səyahət mütəxəssisləri tərəfindən hazırlanan bu siyahı gələn ilin ən maraqlı 25 səyahət istiqamətini özündə birləşdirir. Qara dəniz sahillərinin bu siyahıya daxil olması, Türkiyənin yalnız “dəniz, günəş və qum” turizmi ilə deyil, həm də dağları, vadiləri, mədəni irsi və canlı yerli həyatı ilə cəlbedici bir turizm ölkəsi olduğunu bir daha göstərir.

Qara dəniz bölgəsi, adından da göründüyü kimi, Türkiyənin şimal sahili boyunca Qara dənizlə uzanır. Yaşıl Şimal Anadolu dağları ilə əhatə olunan bu bölgə təbiətin və sakitliyin vəhdətini simvollaşdırır. Dumanlı təpələri, sıx meşələri, geniş vadiləri və ənənəvi kənd həyatı ilə Qara dəniz bölgəsi öz təbii gözəlliyini və sakit xarakterini qoruyur.

Son illərdə beynəlxalq səyahət siyahılarında adından daha çox söz etdirən Qara dəniz bölgəsi CNN Travel tərəfindən “2024-cü ildə ziyarət üçün ən yaxşı yerlərdən biri” olaraq təqdim edilib. Ardınca, bölgənin Ordu və Giresun vilayətləri Lonely Planet tərəfindən “Best in Travel 2025” siyahısında yer alıb.

Bu artan beynəlxalq marağın davamı olaraq, “National Geographic” 2026-cı ildə səyahətçilərin mütləq ziyarət etməli olduğu istiqamətlər arasında Qara dəniz sahillərini göstərib. Bu gözəl sahil zolağı hər zövqə uyğun təcrübələr təqdim edir: qumlu çimərliklər, tarixi memarlıq nümunələri, sıx meşələr və özünəməxsus Qara dəniz mətbəxi.

Jurnalın qeyd etdiyi kimi, hələ də kütləvi turizmin diqqətindən kənarda qalan bu şimal bölgə yaxın illərdə Türkiyənin ən çox axtarılan istiqamətlərindən birinə çevrilməyə namizəddir.

Bir zamanlar İpək Yolu üzərində mühüm ticarət mərkəzi olan Türkiyənin Qara dəniz bölgəsi bu gün səyahətçiləri təbiətin möcüzələrini kəşf etməyə dəvət edir. Alp-Himalay geoloji qurşağının bir hissəsi olan Şimal Anadolu dağlarında yerləşən milli parklar, yaşıl mənzərələr içində unudulmaz yürüş marşrutları və ulduzlu səma altında sakit düşərgə gecələri təqdim edir.

Macərasevənlər üçün bölgədə müxtəlif imkanlar mövcuddur: Gümüşhanə yaxınlığındakı Karaca mağarasındakı milyon illik sarkıt və dikitləri kəşf etmək, Fırtına çayında rafting etmək, yaxud Rizedəki Ayder yaylasında zipline ilə adrenalini hiss etmək bu siyahıya daxildir.

“National Geographic”in vurğuladığı kimi, Qara dəniz dünyada eyni gündə həm dənizdə sörf etmək, həm də dağlarda xizəklə sürüşmək imkanı verən nadir yerlərdən biridir. Sakit sahil zolaqlarında istirahət etdikdən sonra, Ordu Çambaşı və Rize Ovit kimi dağ zirvələrində xizək və snoubordla həyəcan dolu anlar yaşamaq mümkündür.

Bölgə həmçinin orta əsr qalaları (məsələn, Rizedəki Zil qalası), memarlıq inciləri (Trabzondakı Sümela monastırı və Ayasofya) və ənənəvi yaşayış məskənləri ilə də diqqət çəkir. UNESCO-nun Dünya İrsi siyahısında yer alan Karabükdəki Safranbolu və Trabzondakı Orta Məhəllə bu zəngin tarixi irsin gözəl nümunələrindəndir.

Qara dəniz sahilləri yalnız təbiəti və mənzərələri ilə deyil, həm də yerli mədəniyyətini və ənənələrini əks etdirən zəngin mətbəxi ilə də fərqlənir. Sahil bölgəsində yerləşdiyinə görə, təzə balıq və dəniz məhsullarından hazırlanan yeməklər, xüsusilə də hamsili plov (hamsi ilə düyü yeməyi) bölgənin ən sevilən ləzzətlərindən biridir.

Bundan əlavə, qarğıdalı unu və pendirdən hazırlanan məşhur səhər yeməyi kuymak, Akçaabat köftəsi, Samsun pidesinin müxtəlif növləri, qaralahana dolması və Hamsiköy sütlacı bölgənin kulinariya xəzinəsini nümayiş etdirir. Bu ləzzətlər Qara dənizə gələn qonaqlara unudulmaz bir dad səyahəti yaşadır. Xüsusilə Rizenin Çeçeva kəndində keçirilən çay yığım turları bölgənin həm kənd həyatını, həm də çay mədəniyyətini yaxından tanımaq üçün nadir və unikal təcrübə hesab olunur.

Beləliklə, Qara dəniz sahilləri, zəngin təbiəti, mədəniyyəti, tarixi və kulinariya zənginlikləri ilə səyahətçiləri özünə cəlb etməyə davam edir və yaxın gələcəkdə turizm sahəsində daha çox diqqət çəkəcək.

Qara dəniz sahilləri təkcə Türkiyənin deyil, bütün bölgənin mədəni və təbii yaddaşıdır.

Burada dənizin gur səsi ilə dağların sükutu arasında insan özünü tapır. Dalğalar bir nağıl kimi sahilə çırpılır və hər dalğa sanki eyni sözləri pıçıldayır:

“Gəlin, bizi kəşf edin”.

Nurəngiz ADİLQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see512

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see282

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see282

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see272

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see269

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see263

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see252

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see250

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see244

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see243

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see242

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see235

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see228

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see227

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see225

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see225

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see206

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see205

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see198

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri