Anaklaudia Rossbax: Gələcəyin şəhərləri üçün innovativ yanaşmalar vacibdir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 may, AZƏRTAC
Gələcəyin şəhərləri üçün innovativ yanaşmalar vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Anaklaudia Rossbax bildirib ki, dünya hazırda mənzil böhranı, iqlim çağırışları, təbii fəlakətlər və münaqişələrin yaratdığı yenidənqurma problemləri ilə üzləşir. Qarşıdakı iki onillikdə dünya əhalisinin urbanizasiya səviyyəsinin 50 faizdən 70 faizə yüksələcəyi gözlənilir. Şəhərlər artıq çoxsaylı problemlərlə qarşılaşır və bir çox insan əsas xidmətlərə və imkanlara çıxış əldə edə bilmir.
Anaklaudia Rossbax bildirib ki, şəhərlər hazırda daşqınlar, torpaq sürüşmələri, yanğınlar, təhlükəsizlik və digər problemlərin təsiri altındadır. Gələcəyin şəhərləri ilə bağlı innovativ yanaşmaların hazırlanması, tədqiqat, dialoq və siyasət sahəsində çalışan insanların bir araya gəlməsi vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 19 May 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















