Icma.az
close
up
RU
Anaları haqqında çəkiləcək sənədli filmə etiraz etdi

Anaları haqqında çəkiləcək sənədli filmə etiraz etdi

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uels şahzadəsi Uilyam kiçik qardaşı Şahzadə Harrinin və onun həyat yoldaşı Meqan Marklın anaları şahzadə Diana haqqında sənədli film çəkmək planları ilə əlaqədar hüquqşünaslara müraciət etmək niyyətindədir. 

“Qafqazinfo” “Radar Online” nəşrinə istinadən xəbər verir ki, insayderlər söhbətin “Netflix” platforması üçün nəzərdə tutulmuş layihədən getdiyini açıqlayıblar.  

Sənədli filmin 2027-ci ildə, Diananın ölümünün 30-cu ildönümündə ekranlara çıxacağı planlaşdırılır. Məlumata görə, filmdə Diananın həyatı, media və monarxiya ilə münasibətləri, həmçinin ölümünün oğullarına təsiri haqqında danışılacaq.

Lakin insayderlər bu layihənin ideyasının Uilyamda kəskin mənfi reaksiya doğurduğunu iddia ediblər. Gələcək kral anası haqqında kommersiya kontentinin yaradılmasını narahatedici və hətta ikrahdoğurucu hal hesab edir. Uilyamı ən çox qəzəbləndirən isə layihədə Meqan Marklın iştirak etməsi ehtimalıdır. Belə ki, o, bunu şəxsi sərhədlərin pozulması kimi qəbul edir.

Bununla belə, insayderlərin məlumatına görə, şahzadə Harri də fikrində qətiyyətlidir və bu ideyadan imtina etmək niyyətində deyil. O, əmindir ki, anasının hekayəsini saray və ya qardaşı ilə razılaşdırmadan danışmaq hüququ var: 

“Harri artıq uzun müddətdir hesab edir ki, onun anasının həyatını qorumalı olanlar işlərinin öhdəsindən layiqincə gələ bilməyiblər. O hesab edir ki, Diana şəfqət və dəstəyə ehtiyac duyduğu zaman kral ailəsi ona kömək  edə bilmədi. Buna görə də, o, monarxiyanı anasının irsinin etibarlı qoruyucusu hesab etmir. Harri əmindir ki, anasının hekayəsi saray strukturlarından kənarda danışılmalıdır”. 

Məsələyə əlavə gərginlik qatan məqam isə sənədli filmi “Netflix”in çəkməsidir. Belə ki, “Netflix”in daha əvvəl çəkdiyi “Tac” serialı kral ailəsinin nümayəndələri tərəfindən dəfələrlə tənqid edilib. 

Nəşr qeyd edir ki, bu münaqişə qardaşlar arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirə bilər. 

Qeyd edək ki, Şahzadə Harri və xanımı Meqan Markl 2020-ci ildə İngiltərə kral ailəsindən ayrılmaq barədə qərar veriblər. Cütlüyün bu qərarı 2021-ci ildə rəsmi olaraq qəbul edilib.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Fevral 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri