Icma.az
close
up
RU
Analıq məzuniyyəti neçə gündür, kimlərə verilir? ŞƏRH

Analıq məzuniyyəti neçə gündür, kimlərə verilir? ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Analıq məzuniyyəti qadınlara hamiləlik və doğum zamanı verilən bir hüquqdur.

Bu müddət qadının və doğulacaq körpəsinin sağlamlığını qorumağa dəstək verir. Qanunla tənzimlənən bu məzuniyyət, qadın işçilərə işdən azad olmaq imkanı verir.

Bəs analıq məzuniyyəti neçə gündür, kimlərə verilir?

Vəkil Esmira Rzayeva Gununsesi.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib:

“Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü)”.

Esmira Rzayeva qeyd edib ki, Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən qadın işçilərə hamiləlik və doğuş dövründə qanunla müəyyən edilmiş müddətlərdə ödənişli məzuniyyət verilir.

“Bu məzuniyyətin müddəti doğuşun normal və ya ağır keçməsindən, eləcə də bir və ya daha çox uşaq doğulmasından asılı olaraq dəyişir.

Normal doğuş zamanı işləyən qadınlara ümumilikdə 126 təqvim günü məzuniyyət verilir:

70 gün doğuşdan əvvəl,

56 gün doğuşdan sonra.

Əgər doğuş çətin olubsa və ya ana iki və ya daha çox uşaq dünyaya gətiribsə, doğuşdan sonrakı məzuniyyət 70 günə qədər artırılır və ümumi məzuniyyət müddəti daha uzun olur.

Kənd təsərrüfatında çalışan qadınlar üçün:

Normal doğuş zamanı – 140 gün (70 gün doğuşdan əvvəl, 70 gün sonra);

Çətin doğuş zamanı – 156 gün (70 gün doğuşdan əvvəl, 86 gün sonra);

İki və daha çox uşaq doğulduqda – 180 gün (70 gün doğuşdan əvvəl, 110 gün sonra).

Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli,189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, analıq məzuniyyəti hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əmək haqqı 12 ayda olan iş günlərinin sayına bölünür, bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur.

Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc hesablanmalıdır.

Bunun üçün işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölmək lazımdır. Son 12 tam təqvim ayı ərzində iş günlərinin sayını hesablamaq üçün “İstehsalat təqvimindən” istifadə olunur.

Belə ki, son 12 aydakı cəmi əmək haqqı 12 ayda olan iş günlərinin sayına bölünür, bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur.

Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

Hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc hesablanmalıdır.

Bunun üçün işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölmək lazımdır. Son 12 tam təqvim ayı ərzində iş günlərinin sayını hesablamaq üçün “İstehsalat təqvimindən” istifadə olunur.

Belə ki, son 12 aydakı cəmi əmək haqqı 12 ayda olan iş günlərinin sayına bölünür, bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınların əlavə məzuniyyətlərinin müddətləri öz əksini tapıb.

Belə ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də eynilə əlavə məzuniyyət hüququ vardır”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri