Icma.az
close
up
RU
Analitik: “Deputatların iştirakı əhali arasında sülh ab havasını sürətləndirir

Analitik: “Deputatların iştirakı əhali arasında sülh ab havasını sürətləndirir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Parlamentlər də sülh prosesinə fəal qoşulur

 

Vaşinqtondan sonra Azərbaycan və Ermənistan arasında görüşlər intensivləşdi

  

Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüş ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində reallaşıb. Qeyd olunub ki, Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələrdə bu cür təmaslar razılaşdırılıb. Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib. Əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub. Həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.

Siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda müvafiq bəyanatın paraflanmasından sonra hər iki ölkə arasında daha sıx və səmimi görüşlərin keçirildiyini görürük. Ekspert qeyd edib ki, ölkə liderlərinin təmasları ilə yanaşı parlamentlər və spikerlər arasında da təmasların, danışıqların olması təbii və müsbətdir:

"Xarici işlər nazirləri arasında da mütəmadi olaraq əlaqələr olur. Bu görüşlər ölkələr arasındakı münasibətlərin nizama salınmasına xidmət edir. Ermənistan və Azərbaycan parlament sədrlərinin görüşü parlamentlər arasında əlaqələrin inkişafını sürətləndirə, gələcəkdə deputatların da görüşünə imkan yarada bilər. Sülh missiyasında deputatların müsbət rolu mümkündür. Sülh missiyasının irəliləyişində hər iki ölkənin parlament nümayəndələrinin fəaliyyəti əhali arasında sülh ab-havasının daha da sürətlənməsinə səbəb olar ki, bu da ümumi işin xeyrinədir. Şübhəsiz, keçirilən hər bir görüşün səbəbi, mövzusu, məqsədi var. Qərara alınan məsələlər həll edilməli, işlər görülməlidir ki, növbəti görüşə əsas olsun. Ən əsası nəticə fayda gətirsin".

Analitik vurğulayıb ki, Azərbaycanla yanaşı sülh prosesinə Ermənistan tərəfi də təkan verməkdə və konstruktiv fəaliyyətini davam etdirməkdədir:

"Müxtəlif dövlət qurumları arasında münasibətlərin təməlinin qoyulması ümumi sülh prosesinə xidmət göstərir. Sülhün daha möhkəm təmələ söykəndiyini göstərir. Ümumən, aparılan sülh prosesini müsbət dəyərləndirmək olar. Lakin Ermənistan tərəfi daha çox çalışmalı, münasibətlərin inkişafında səylərini bir qədər də artırmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri