Icma.az
close
up
RU
Analitik: İsrailin addımları ABŞ HƏMAS dialoqunu çətinləşdirir

Analitik: İsrailin addımları ABŞ HƏMAS dialoqunu çətinləşdirir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Tramp administrasiyasının Qəzza məsələsinə xüsusi diqqət yetirməsi prosesə yeni dinamika gətirib. ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun noyabrın 19-da İstanbulda HƏMAS lideri Xəlil əl-Həyya ilə görüşəcəyi gözlənilir. “Maan” agentliyinin məlumatına görə, bu təmaslar Vaşinqtonun HƏMAS-la birbaşa dialoq qurmaq niyyətindən xəbər verir. Bu, Uitkoffun Qəzza sülh planının açıqlanmasından sonra HƏMAS rəhbərliyi ilə keçirəcəyi ikinci görüşdür. İlk görüş oktyabrda Qahirədə baş tutub və danışıqlarda Cared Kuşner də iştirak edib. Bu inkişaflar Qəzza ətrafında davam edən danışıqların həssas və riskli xarakterini bir daha göstərir.

Ədalət, Hüquq, Demokratiya Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a açıqlamasında Tramp Qəzza məsələsində stabilliyin yaranmasında maraqlı olduğunu söyləyib:

"Trampın üzərində sionist lobbinin ciddi təzyiqlər var. Qəzza ilə bağlı atılan addımlardan, Suriya Prezidenti ilə, eləcə də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşlərdən sonra Trampa qarşı, xüsusilə də Epşteyn işi kontekstində şantaj xarakterli təzyiqlər daha da güclənib. Vəziyyət göründüyündən daha mürəkkəbdir. İsrail hökuməti və sionist lobbilər Qəzza, İordan çayının Qərb sahili və Şərqi Qüds paytaxt olmaqla Fələstin dövlətinin yaradılmasını qəbul etmək niyyətində deyillər. Məsələnin həssas xarakteri səbəbindən qarant ölkə olan ABŞ -Türkiyə, digər İslam ölkələri və İsrail arasında çox incə siyasət yürütməyə çalışır. Hələlik bütün məsələlərin razılaşdırılmaması qırılma riskini artırır və proses kifayət qədər yüksək risklərlə müşayiət olunur. Həmas İsrailin Qəzzanı Fələstin torpağı kimi tanıyacağına tam əmin deyil. Həmçinin bundan sonra İsrailin hansı addımlar atacağı qeyri-müəyyən olaraq qalır. Buna görə də razılaşdırılmamış bir çox məsələ mövcuddur. Xüsusilə, İsrail Qəzzada silahsızlaşdırma prosesinin sürətlə aparılmasını, tunellərin tam məhv edilməsini və beynəlxalq müvəqqəti idarəetmə mexanizminin qurulmasını tələb edir". 

Ekspert HƏMAS-ın ABŞ-dən İsrailin gələcəkdə işğalçı siyasətindən tamamilə əl çəkməsi barəsində tam təminat istədiyini bildirib: 

"İsrail hökumətinin ənənəvi siyasəti davam etdirmək ehtimalı yüksəkdir. O, ABŞ üzərində təsir rıçaqlarına malikdir. Bu da prosesi daha da riskli edir. Razılaşdırılmayan məsələlərdən biri də tunellərin tam məhv edilməsi ilə bağlıdır. HƏMAS-ın İsrailə qarşı müqavimət göstərə bilməsinin əsas səbəbi tunellər olub. Onların HƏMAS üçün strateji əhəmiyyət daşıdığı nəzərə alınsa, o zaman bu təşkilat tunellərin qısa müddətdə məhv edilməsinə qarşı çıxır. Prosesin mərhələli şəkildə aparılması onun üçün prioritetdir. Prosesin riskləri çox olduğuna görə Tramp administrasiyası HƏMAS rəhbərliyi ilə daha intensiv və birbaşa danışıqlarda maraqlı görünür. Lakin bunun pozulma ehtimalı hələ də yüksəkdir. Əsas səbəbi isə İsrailin ənənəvi siyasətindən geri çəkilmək niyyətində olmamasıdır. ABŞ-nin narahatlığı da məhz buradan qaynaqlanır. İsrailin mümkün təxribatlarına qarşı HƏMAS-ın təmkinli davranması ABŞ üçün prioritet sayılır və ABŞ-nin Həmas rəhbərliyi ilə birbaşa təmas qurmağa çalışması da bununla bağlıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri