Icma.az
close
up
RU
Analitik: Odessanın əldən verilməsi, Ukraynanın Qara dənizdəki mövqeyinə ciddi zərbə vuracaq

Analitik: Odessanın əldən verilməsi, Ukraynanın Qara dənizdəki mövqeyinə ciddi zərbə vuracaq

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Buna görə də Kiyev, hətta Vaşinqtonun məsələyə fərqli baxışı olsa belə, Odessanın itirilməsinə razı olmayacaq


Kiyev ABŞ Prezidenti Donald Trampın Odessa limanının Rusiyanın nəzarətinə keçməsinə razılıq verə biləcəyindən ehtiyat edir.

Bu barədə “Nyu York Tayms” Ukrayna Prezidenti Vladimir Zelenskinin köməkçilərindən birinə istinadla məlumat yayıb.

“Onlar narahatdırlar ki, Tramp Rusiyanın Ukraynanın digər hissələrinə, o cümlədən Odessa limanına nəzarəti ələ keçirməsinə razılıq verə bilər”, - məlumatda qeyd olunub.


Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Kiyev heç vaxt Odessanın Rusiyanın nəzarətinə keçməsi ilə razılaşmaz, çünki bu, şəhərin işğalı demək olardı:


"Odessa təkcə strateji yox, həm də iqtisadi baxımdan Ukrayna üçün həyati əhəmiyyət daşıyan bir limandır. ABŞ və ya digər Qərb ölkələrinin bu məsələyə yanaşması fərqli ola bilər, lakin Ukrayna üçün burada əsas məqam milli təhlükəsizlik və suverenlik məsələsidir. Onsuz da Ukrayna müharibə nəticəsində əsas liman şəhərlərindən biri olan Mariupolu itirib. Bununla da ölkənin Azov dənizinə çıxışı demək olar ki, tamamilə məhdudlaşıb. Çünki həmin ərazi hazırda Rusiyanın nəzarətindədir. Odessanın  əldən verilməsi, Ukraynanın Qara dənizdəki mövqeyinə ciddi zərbə vuracaq və dəniz ticarətini tamamilə iflic edəcək. Buna görə də Kiyev, hətta Vaşinqtonun məsələyə fərqli baxışı olsa belə, Odessanın itirilməsinə razı olmayacaq. Çünki bu, Ukraynanın geosiyasi və iqtisadi maraqlarına düz gəlmir və ölkənin dəniz yolu ilə xarici dünyaya çıxışını mümkünsüz hala sala bilər. Belə bir ssenari isə Ukrayna üçün təkcə hərbi yox, həm də iqtisadi və diplomatik baxımdan ağır nəticələr doğurar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Mart 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri