Icma.az
close
up
RU
Analitik: Paşinyan “Zəngəzur” ifadəsinə sərt mövqe sərgiləməyə məhkumdur

Analitik: Paşinyan “Zəngəzur” ifadəsinə sərt mövqe sərgiləməyə məhkumdur

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaman həll edəcək

Daxili düşmənlərinə əlavə arqument vermək istəmir

 Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə xarici işlər naziri Hakan Fidanın bəyanatına cavab verib. Baş nazir deyib ki, Ermənistan ərazisində yerləşən infrastrukturun adlarını yalnız Ermənistan müəyyən edə bilər. Onun sözlərinə görə, Ermənistanda "Sülh dəhlizi" və TRIPP layihəsi mövcuddur, hər hansı digər terminologiya (Zəngəzur dəhlizi – red.) Ermənistan Respublikasına aid deyil. Qeyd edək ki, Türkiyə xarici işlər naziri noyabrın 18-də verdiyi açıqlamada Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcəyini bəyan edib: "Zəngəzur dəhlizi Ermənistanda, bunu tələb edən Azərbaycan. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Biz burada onların işini asanlaşdıran tərəfik və Avropadan gələn tranzit marşrutunun əsas quru hissəsini təşkil edən bu sahəyə ehtiyacımız var. Zəngəzur dəhlizi olmadığı üçün Mərkəzi Orta Asiya, Qafqaz və Rusiya ilə quru yolu ticarətini Gürcüstan və İran vasitəsilə həyata keçiririk. Həmçinin dəniz yolu ilə Rusiya limanları, Qara dəniz və digər yerlərdən istifadə edirik. Müharibədən əvvəl daha çox istifadə edirdik. Zəngəzur dəhlizi isə hazırda xüsusilə Azərbaycan və Ermənistan arasında müzakirə mövzusudur". İki ölkənin Vaşinqtonda sülh sazişini parafladıqlarını xatırladan Hakan Fidan əlavə edib ki, sazişdə yer almayan iki həll olunmamış məsələ də var: "Birincisi, Zəngəzur dəhlizi, ikincisi, Ermənistan Konstitusiyası ilə bağlı məsələdir. Bu məsələlər həll olunduqdan və Azərbaycan yekun sazişə imza atdıqdan sonra Türkiyə də Ermənistanla sərhəd qapılarını açacaq". Xatırladaq ki, Paşinyan və onun komandası dəfələrlə "Zəngəzur dəhlizi" ifadəsinin işlənməsinə etirazlarını bildiriblər.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Paşinyanın bu cür kəskin reaksiyası təsadüfi deyil. Ekspertin sözlərinə görə, söhbət hazırda Ermənistanın inzibati sərhədlərində yerləşən bir ərazidən gedir:

"Rəsmi İrəvanın həmin bölgəni hansı adla adlandırması daxili siyasi proseslərin bir hissəsidir. Azərbaycan isə bu müzakirələrdə terminoloji tərəfə deyil, dəhlizin həqiqətən açılmasına, kommunikasiya xətlərinin bərpasına və regiondakı nəqliyyat inteqrasiyasının genişlənməsinə üstünlük verir. Bakının əsas məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulması, Şərq-Qərb nəqliyyat xəttinin açılması və böyük iqtisadi-kommunikasiya dəhlizinin formalaşdırılmasıdır. Tarixi aspektdə Zəngəzur adlanan bu ərazidə vaxtilə azərbaycanlıların yaşaması və sovet dövründə keçidin “Zəngəzur keçidi” kimi tanınması Azərbaycanın mövqeyinə ideoloji baza yaradır. Sovet hakimiyyətinin qərarı ilə ərazinin Azərbaycandan alınaraq Ermənistana verilməsi də bu tarixi kontekstin mühüm hissəsidir".

Analitikin fikrincə, Paşinyanın ritorikasının sərtləşməsinin daha bir mühüm səbəbi Ermənistanın daxilindəki siyasi vəziyyətlə əlaqədardır:

"Ölkədə qarşıdan seçkilər gəlir və Paşinyan uzun müddətdir revanşist dairələrin, millətçi qrupların, separatçıların, eləcə də Rusiyayönümlü siyasi çevrələrin təzyiqləri ilə üz-üzədir. Bu qüvvələr hər dəfə Zəngəzur məsələsində kompromis görüntüsü yarandıqda Paşinyanı “torpaq güzəştində ittiham etmək” üçün fürsət qazanırlar. Buna görə də baş nazir “Zəngəzur” ifadəsinə həssas yanaşaraq sərt mövqe sərgiləməyə çalışır ki, bu təbəqələrə əlavə arqument verməsin".

S.Əsədli vurğulayıb ki, bununla belə, region üçün həlledici olan terminoloji mübahisələr yox, infrastrukturun reallaşmasıdır:

"Azərbaycan üçün əsas prioritet dəhlizin adının necə olmasından çox, onun praktik olaraq açılması, yeni nəqliyyat marşrutlarının formalaşdırılması və iqtisadi əməkdaşlığın inkişafıdır. Rəsmi Bakı emosional bəyanatlara münasibət bildirməkdənsə, real işlərin görülməsinə və qarşıdakı mərhələlərin hazırlanmasına diqqət yetirir. Beləliklə, Paşinyanın reaksiyası bir tərəfdən suverenlik iddiasını vurğulamaq niyyətini göstərirsə, digər tərəfdən daxili auditoriya qarşısında siyasi toxunulmazlıq yaratmaq cəhdidir. Əslində isə region üçün əsas məsələ adlardan asılı olmayaraq Zəngəzur dəhlizinin açılması və bunun yaratdığı geosiyasi və iqtisadi imkanların reallaşmasıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri