Icma.az
close
up
RU
Analitik: Savaşın Trampın iddia etdiyi kimi qısa zamanda bitəcəyi inandırıcı görünmür

Analitik: Savaşın Trampın iddia etdiyi kimi qısa zamanda bitəcəyi inandırıcı görünmür

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ukraynada müharibəni bitirmək məsələsinə andiçmə mərasimində az toxunulması ABŞ-ın yeni Prezidenti Donald Tramp üçün bunun çox çətin olacağından xəbər verir. Bu barədə CNN-in təhlilində bildirilib. Qeyd olunub ki, Amerika lideri andiçmə mərasimində çıxışı zamanı Ukraynanın adını çəkməyib, həmçinin Ukrayna Silahlı Qüvvələrinə gələcək yardımla bağlı konkret vədlər verməyib. Onun ilk addımı yəqin ki, Kreml rəhbəri Putinlə söhbət olacaq:”Bu cür danışıqlar Trampı ABŞ-ın keçmiş prezidenti Co Baydenin yanaşmasından kəskin şəkildə fərqləndirəcək. Onun düşüncə tərzinə bələd olan bir insanın fikrincə, Putinlə birbaşa qarşılıqlı əlaqədə həll yoluna nail olmaq olar: “Danışmasan, bu qarışıqlıqdan necə çıxış yolu tapacaqsan?” 

Nəşrin yazdığına görə, məmurlar şəxsi söhbətlərində etiraf edirlər ki, Trampın planı demək olar ki, Ukraynadan güzəşt tələb etməkdir. Bundan əlavə, onun Kiyevə silah və kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirməyi planlaşdırıb-qalmadığı hələlik məlum deyil. Təhlükəsizliyin təminatı və ölkənin bərpası məsələləri də həll olunmamış qalır.


Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a vurğulayıb ki, Donald Trampın Ukrayna məsələsində seçki vədlərində “Mən qısa müddət ərzində münaqişəni bitirəcəyəm” deməsinin əksinə olaraq, hazırda bu istiqamətdə ciddi nəticə əldə edə bilməməsinin səbəbi savaşın kifayət qədər gərgin fazaya daxil olmasıdır:


“Münaqişə yeni başlamış olsaydı, Donald Tramp savaşı dayandıra bilərdi. Lakin artıq iş-işdən keçib və vəziyyət tamamilə dəyişib. Üç ilə yaxındır ki, savaş davam edir və hər tərəfdə kifayət qədər itki var. Hazırda tərəflər daha prinsipial mövqeyə keçiblər, yəni onlar reallıqlardan daha çox ölüm-dirim münaqişəsinə daxil olublar. Ukrayna və Rusiya tərəfi üçün ya ölüm, ya da qalım var və heç bir tərəf güzəştə getmək istəmir. Ona görə də Donald Tramp administrasiyası sözügedən məsələdə konkret çıxış yolu tapmayıb. Belə olan halda Tramp administrasiyasının gələcəkdə birinci Rusiya tərəfi ilə danışıb, onların fikrini öyrəndiyini gözləyə bilərik. Ukraynanın hansı məsələlərdə güzəştə getməsi sual altındadır. Amma inanmıram ki, Tramp administrasiyası Zelenskidən işğal edilən Ukrayna torpaqlarının Rusiyanın sərhədləri daxilinə keçməsini tanımasını tələb etsin. Sadəcə olaraq, münaqişənin dondurulmuş formata keçməsi tələb olunacaq. Zelenski bununla bəzi ərazilərin geri qaytarılması şərti ilə razılaşa bilər. Putinin isə təbiəti etibarı ilə və təmsil etdiyi dövlətin dünyanın ikinci ən böyük ordusuna sahib olması faktorlarına görə Donald Trampın qoyduğu şərtlərlə atəşkəs razılaşmasına gedəcəyini düşünmürəm. Donald Trampa qarşı Putin də öz şərtlərini qoyacaq və nəticə etibarilə ciddi uçurum yaranacaq. Belə olan halda tərəflərin biri-birinə kompromisə gedərək problemlərin aradan qaldırılması şərti ilə münaqişənin bitəcəyini zaman göstərəcək. Fikrimcə, ilkin mərhələdə belə bir kompromisə etmək mümkün olmayacaq”. 


Ekspert qeyd edib ki, bundan sonra Donald Trampın Avropadakı tərəfdaşları və ABŞ-ın daxili resursları hesabına Rusiyaya daha ciddi zərbələr vurulması gözləniləndir:

“Yəni Rusiyaya qarşı sanksiyalar tətbiq oluna və Ukraynaya daha öldürücü silahlar verilə bilər. Bununla Rusiyanı sülhə məcbur etmə taktikasına əl atıla bilər. Ancaq dünyada güclü şəkildə qütbləşmə gedir. Rusiya, Çin və İran öz aralarında rəqabət aparsalar da, Qərbə qarşı mübarizədə strateji tərəfdaş kimi çıxış edirlər. Donald Tramp məcbur olub Rusiya ilə bərabər İran və Çinlə də mübarizə aparmalı olacaq. Bu isə Donald Trampın qüvvələr nisbətinin parçalanmasına gətirib çıxaracaq. Belə olan halda Putin üçün öz məqsədlərində daha qətiyyətli davranmaq üçün şərait yaranacaq. Ona görə müharibənin bundan sonrakı mərhələsinin asan şəkildə Donald Trampın iddia etdiyi kimi qısa zamanda bitəcəyi inandırıcı görünmür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri