Icma.az
close
up
RU
“Anam Azərbaycan dilində danışır” Axundzadənin Yaponiyadakı varisi

“Anam Azərbaycan dilində danışır” Axundzadənin Yaponiyadakı varisi

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mirzə Fətəli Axundzadə – Azərbaycanın böyük mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi. Bütün həyatı boyu doğma vətəninin, xalqının tərəqqisi yolunda yorulmadan çalışıb, yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edib. Zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açıb. 1812-ci ildə Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Mirzə Şəfi Vazeh ilə Gəncədəki görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib. Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası 1859-cu ildə Tiflisdə nəşr edilib. 1842-ci ildə Tubu xanımla evlənib. 13 övladı olub. Amma onlardan yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında dünyalarını dəyişib. M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat edib və Tiflisdə dəfn olunub.

Gununsesi.info xəbər verir ki, HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq böyük mütəfəkkir, görkəmli ictimai xadim, maarifçi Mirzə Fətəli Axundzadənin Amerika, Yaponiyada yaşayan yeganə varislərini tapıb, həmsöhbət olub.

Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran M.F.Axundzadənin nəticəsi Pəri Pezeşkinin oğlu Parsi Parsinejad müsahibə zamanı bir çox önəmli məqamdan söhbət açıb,  ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini ifadə edib:

 Parsi Parsinejad: “Valideynlərimin tanış olduğu London şəhərində dünyaya gəlmişəm. Kaliforniya Dövlət Universitetinin məzunuyam. Marylanddakı Johns Hopkins Universitetindən MBA dərəcəsi almışam”.

-Necə bir ailədə böyüyübsünüz? Uşaqlıq illərinizi necə xatırlayırsınız? Görkəmli şəxsiyyət M.F. Axundzadənin varisi olduğunuzu ilk dəfə nə vaxt öyrəndiniz?

-Yaponiyanın paytaxtı Tokioda böyüdüm. Çox gözəl bir uşaqlıq illəri keçirdim. ASIJ- beynəlxalq məktəbdə təhsil aldım. Yaponların arasında böyümək fərqliydi. Orda çox az sayda qeyri-yapon milləti yaşayırdı. Amma məktəbdə özümü çox rahat hiss edirdim. Orta məktəbdə oxuyan zaman müəllimlərim ailə köklərimizlə bağlı bir layihə hazırlamaq tapşırığını verdilər.

“Etiraf edim ki, həmin vaxta qədər babamın böyük, məşhur bir şəxsiyyət olması barədə heç nə bilmirdim”.

Təbii ki, belə bir uğurlu işlərə imza atmış, tarixi önəm daşıyan bir filosof, yazar və müasir ədəbi təndiqin banisinin nəslindən olmağımla qürur duyuram.

-Sizin ananız Pəri xanım M.F.Axundzadənin doğma nəticəsidir. Ailənizlə bağlı məlumat verin. Atanız İraj Parsinejad Tokio Universitetində M.F.Axundzadənin yaradıcılığını tədris edir?

-Anam Pəri xanım Mirzə Fətəli Axundzadənin nəticəsidir. Təsadüfən mənim atamın da universitetdəki elmi işi “Mirzə Fətəli Axundzadə və onun gördüyü işlər” ilə bağlı olmuşdu. Təhsilə dəyər verən bir ailədə böyüdüm. Onlarla birlikdə bir çox ölkəyə səyahət etdiyim üçün çox şanslıydım.

-Mirzə Fətəli Axundzadə kimi görkəmli bir şəxsiyyətin ailə üzvü olmaq necə bir hissdir? Mirzə Fətəli Axundzadənin adı sizin həyatınıza necə təsir edib?

-Bu qədər hörmətli və uğurlu bir ailədən olduğum üçün qürur duyuram.  “Mirzə Fətəli Axundzadə” adı və gördüyü işlər tamamilə həyatımı daha da zənginləşdirir. Ailəmizdə anam tərəfə dayım, xalalarıma çox bağlıyam. Uşaq olarkən azərbaycanlı qohumlarımla tanış olduğum üçün  özümü çox şanslı hesab edirdim.

-Mirzə Fətəli Axundzadə haqqında sizin fikirlərinizi bilmək istərik. Mirzə Fətəli Axundzadə sizin üçün kim olub?

-Mirzə Fətəli Axundzadə sözün əsl  mənasında azad düşüncəli, ziyalı idi. O, bütün cəsarəti ilə status-kvoya  etiraz etdi.

(Pəri xanım Pezeşki, həyat yoldaşı İraj Parsinejad, oğlu Parsi Parsinejad)

-Valideynləriniz Mirzə Fətəli Axundzadənin həyatı barəsində sizə nələr danışıblar? Mirzə Fətəli Axundzadənin dünyada təbliği ilə bağlı gördüyünüz uğurlu işlər barəsində məlumat verin.

-Bəli, az da olsa xatırlayıram ki, anam və atamı Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr olunmuş tədbirə dəvət etmişdilər.

Atamın  müasir ədəbi tənqidin banisi kimi Mirzə Fətəli Axundzadənin rolunu tez-tez vurğuladığını yaxşı xatırlayıram. Bu həm də atamın universitetdəki elmi işi idi. Atam ingilis və fars dillərində “İranda ədəbi tənqidin tarixi” (1866-1951) və Mirzə Fətəli Axundzadə haqqında bir kitab yazmışdır.

-Siz Mirzə Fətəli Axundzadəni necə təsvir edərsiniz?

-Mirzə Fətəli Axundzadəni insanları “qutunun kənarında” düşünməyə məcbur edən  və ənənəviliyə meydan oxumaq istəyən bir insan kimi təsvir edərdim.

-Mirzə Fətəli Axundzadənin hansı əsərlərini oxuyubsunuz? Onun yaradıcılığı barədə nə düşünürsünüz?

-Bəli, mən Mirzə Fətəli Axundzadənin “Təmsilat (6 pyes , 1 Qısa Hekayəsi)”ni tam oxudum və həmin dövrdə insanların necə düşündükləri barədə çox şey öyrəndim…

-Mirzə Fətəli Axundzadənin ateist olması barədə nə düşünürsünüz? Dinlə bağlı sizin düşüncəniz necədir?

-Bəli, onun ateist olduğunu bilirəm. Mən düşünürəm ki, insanlar hər zaman ən azından bir formada dinə bağlıdırlar.

-Mirzə Fətəli Axundzadənin necə xatırlanmasını istərdiniz?

-Mən Mirzə Fətəli Axundzadəni hər zaman ağıl və rasional düşüncəni dəstəkləyən bir insan kimi xatırlamaq istəyirəm.

-Sizin işinizlə bağlı bilmək istərdik. Karyeranızda indiyə qədərki  ən böyük uğurunuz nə olub?

-Mən rəqəmsal sağlamlıq/səhiyyə texnologiyası üzrə çalışıram. İnsanların sağlamlıqla bağlı məlumatları əldə etməsi, toplaması və paylaşmağına yardım edən  “Seqster” adlı bir şirkətlə əməkdaşlıq edirəm. (Seek-ster).  Ən böyük nailiyyətim isə Johns Hopkinsdən məzun olmağımdır. Çünki on il həmin universitetdən uzaq düşdükdən sonra məzun  olmuşam.

-Yeni layihələriniz, hədəfiniz barədə bilmək istərdik…

-Şirkətdəki bugünkü işim sağlamlıq xidmətini daha da yaxşılaşdırmaqla bağlı texnologiyamızı komersiyalaşdırmaqdır. Mənim həyatdakı əsas hədəfim peşmanlıq duymadan tamamlanacaq bir ömür yaşamaqdır.  Həmçinin mümkün qədər səyahətlər etmək,  müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyirəm.

  -Sizin üçün uğur qazanmağın şərtləri nədir? Gənclərə bununla bağlı hansı məsləhəti verərsiniz?

-Məqsədinizə bağlı, israrcı, empatiya quran, cəsur və güclü olun. Hədəflərinizə çatmaq üçün çox çalışın. Özünüzə inanın və sonda daha yaxşı şeylər olacaq. Həyatda bir çox insan sizi sorğulayacaq, ittiham edəcək. Nə baş verirsə baş versin, siz heç vaxt potensialınıza olan inancınızı itirməyin.

-Azərbaycana səfər etmisinizmi? Azərbaycan sizin ailə üçün nə məna ifadə edir?

 -Düşünürəm ki, Azərbaycan çox zəngin mədəniyyətə sahib, gözəl bir ölkədir.  Təəssüf ki, hələ oranı ziyarət etmək kimi bir şansım olmayıb.

Ancaq mən həmişə, hər yerdə mədəniyyət və dilin ailəm üçün nə dərəcədə mühüm olduğunu hiss etmişəm. Mənim anam Azərbaycan dilində danışır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri