Icma.az
close
up
RU
Anam və bacım da yanımda idi, dedim ki, mahnını söndür... Son zəngdəki hadisənin təfərrüatı

Anam və bacım da yanımda idi, dedim ki, mahnını söndür... Son zəngdəki hadisənin təfərrüatı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göyçayda məktəb illəri ilə vidalaşan gənclərin ən xoş günü qanlı qarşıdurma və məhkəmə zalında yekunlaşıb. Kənd orta məktəbinin qarşısında baş verən mübahisə qısa müddətdə davaya çevrilərək bir nəfərin ağır xəsarət alması ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə hadisə 2024-cü ilin iyun ayında Çərəcə kəndində, "Son zəng" tədbirinin qızğın vaxtında baş verib. 2000-ci il təvəllüdlü İsmayıl həmkəndlisi Rəşadın "VAZ 2106" markalı avtomobillə məktəbin önünə gəlməsini, toz qaldırmasını və musiqinin səsini yüksək qoymasını özü üçün təhqir hesab edib. Başlanan sözlü mübahisə fiziki zorakılığa keçib. İsmayıl Rəşadı yerə yıxaraq ona dəmir küt alətlə çənə nahiyəsindən zərbələr endirib. Faktla bağlı Cinayət Məcəlləsinin həm xuliqanlıq, həm də qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə iş açılıb.
Məhkəmə prosesində tərəflərin ifadələri bir-birindən kəskin fərqlənib. Təqsirləndirilən şəxs İsmayıl əlində heç bir alət olmadığını, sadəcə ailəsinin yanında Rəşadı nizam-intizama dəvət etdiyini iddia etsə də, zərərçəkmiş tərəf və ekspert rəyləri hadisənin daha qəddar formada baş verdiyini təsdiqləyib.
İş üzrə ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Cərəcə kəndində yaşayır: “Hadisə günü anam və qardaşım ilə məktəbə getdik. Həmin gün qardaşımın “Son Zəng” tədbiri keçirildi. Saat 12 radələrində “Son Zəng” tədbiri keçirilərkən məktəbin həyəti və qarşısında çoxlu insanlar olub. Həmin vaxt məktəbin giriş qapısında dayanarkən Rəşadın idarə etdiyi avtomobillə məktəbin qarşısına gələrək avtomobili saxladı. Həmin vaxt toz qalxdı və avtomobilindən yük səs tonla musiqi səsi gəldi. Rəşad ailə üzvlərim ilə birlikdə məktəbin içərisinə keçərkən ona avtomobili yavaş sürməsini, kənarda saxlamasını və musiqinin səsini aşağı etməsini tələb etdim. Rəşad isə avtomobilini harada istəyirsə, orada saxlaya biləcəyini dedi. Rəşada təkidlə musiqini aşağı etməsini bildirdim. Amma o, geri qayıdaraq ünvanıma nalayiq ifadə işlətdi, sağ əli ilə yumruqla Rəşadın çənə nahiyəsindən bir dəfə zərbə endirdi. Bu zaman ətrafda olan şəxslər yaxınlaşaraq bizi araladı. Həmin vaxt Rəşadın anası gələrək oğlunu vurduğum üçün ailəmin ünvanına nalayiq ifadələr işlətdi. Bundan sonra oradan uzaqlaşaraq getdim. Həmin vaxt əlimdə heç bir dəmir alət olmayıb”.
İş üzrə zərərçəkmiş Rəşadın sözlərinə görə, iyunun 14-də, saat 10 radələrində özünə məxsus avtomobili ilə anası və bacısını kənd orta məktəbinə aparıb: “Həmin gün dayım oğlunun “Son Zəng” tədbiri keçirilib. Tədbirdə bir qədər iştirak etdikdən sonra oradan çıxdım. Saat 12 radələrində ailə üzvlərimi götürmək üçün yenidən məktəbə getdim. Məktəbin qarşısında avtomobilimi saxladım və məktəbin içərisinə keçərkən yaxınlıqda dayanan İsmayıl məni yanına çağırdı. İsmayıla tərəf gedən zaman mənə avtomobili qıraqda saxlamağı və avtomobildə işlək vəziyyətdə olan maqintafonu söndürməyimi bildirdi. Bunun İsmayıla aidiyyəti olmadığını bildirdim. İsmayıl üzərimə gələrək ünvanıma nalayiq ifadə işlətdi. Ona yaxınlaşarkən sifət nahiyəmə zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Bu zaman üz nahiyəmdən qan açıldı və yerə yıxıldım”. 
Göyçay Rayon Məhkəməsinin hökmü ilə İsmayıl 2 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan 07:00-dək tərk etməsi, həmçinin onun Göyçay rayonu ərazisi hüdudlarını tərk etməsi qadağan olunub.
Göyçay Rayon Məhkəməsinin ilkin hökmü ilə İsmayıla 2 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq gəzdirmə) cəzası verilsə də, prokurorluq bu qərardan narazı qalaraq apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsində işə yenidən baxılaraq cəza müddəti artırılıb. Lakin 2025-ci ilin dekabrında qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktı təqsirləndirilən şəxs üçün son şans olub. Məhkəmə amnistiya qərarını tətbiq edərək İsmayılı cəzadan azad edib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri