Icma.az
close
up
RU
ANAMA da baş verən biabırçılıq haqda şok görüntülər VİDEO

ANAMA da baş verən biabırçılıq haqda şok görüntülər VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, dünən Ağdam rayonu Sarıcalı kəndində yerləşən ANAMA Mobil bazasının direktoru işdən çıxarılıb. Hurriyyet.az xəbər verir ki, Ələsgər Həmzə oğlu Əhmədovun hansı səbəbdən vəzifəsindən azad olunduğu rəsmi olaraq açıqlanmasa da, bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq Əmr imzaladığı bildirildi. Bəzi saytlar isə Ələsgər Əhmədovun kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün işdən çıxarıldığını açıqladı.

Qeyd edək ki, ANAMA Mobil bazasının direktorunun konkret olaraq hansı səbəbdən işdən çıxarılması ilə bağlı “Hürriyyət”ə etibarlı qaynaqlardan informasiya, hətta video görüntülər daxil olub. Mənbə iddia edir ki, Ələsgər Əhmədov uzun müddətdir idarənin xanım əməkdaşı tərəfindən şantaj olunurmuş. Söhbət orada xadimə işləyən, şərti adı “Gülər” olan xanımdan gedir.

Məlumata əsasən, anası sözügedən bazada aşbaz, atası isə Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışan Gülər tez-tez buradan oğurluq edirmiş. Daha dəqiq desək, anası ərzaq məhsullarını ona ötürür, atası da çantası yoxlanılmadan idarədən çıxmasına şərait yaradırmış. Bir gün ailə üzvlərinin oğurluq əməlləri ilə bağlı direktor Ələsgər Əhmədova məlumat verilir. Nəticədə, onun göstərişi ilə Gülər iş başında yaxalanır. Bu hadisədən sonra, idarədən oğurladıqları məhsullarla bərabər, onu direktorun kabinetinə gətirirlər. O, burada ağlayaraq, bir daha oğurluq etməyəcyinə söz verdiyi üçün direktor rəhm edərək, onu işdən qovmur.

Bu hadisədən sonra Gülər açıq-saçıq geyimi ilə Ələsgər Əhmədovun diqqətini çəkə bilir və onlar arasında yaxın münasibət yaranır. İş yoldaşları deyir ki, o, gah çay, gah qəhvə aparmaq bəhanəsi ilə tez-tez direktorun kabinetinə girib-çıxmağa başlayır. Beləcə, tərəflər arasında münasibətlər o qədər açıq-saçıq müstəviyə keçir ki, bəzən Gülər onunla münasibətini telefonla görüntüyə də alır. Ə.Əhmədov xadimənin “bir dediyini iki etmədiyi” üçün nə vaxtsa bu görüntülərin sosial şəbəkələrə düşəcəyini heç ağlına da gətirmir.

Lakin günlər keçdikcə, Gülər həmin görüntülərlə direktoru şantaj etməyə başlayır. Beləliklə, hər dəfə bir istəyini yerinə yetirsə də, bir gün xadimə qarşı tərəfdən “yox” cavabı aldıqda həmin görüntülərin müəyyən hissəsini iş yoldaşlarına göndərməyə başlayır. Nəhayət, bu görüntülər əldən-ələ gəzərək, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin üzvlərinə də çatır. Nəticədə, sədr Vüqar Süleymanovun əmri ilə Ələsgər Əhmədov vəzifəsindən azad olunur.

Əlbəttə, Ə.Əhmədovun işdən çıxarılması heç də qeyri-adi hadisə deyil. Yəqin ki, V.Süleymanovun yerinə kim olsa, ən azı eyni qərarı verərdi. Lakin idarənin əksər əməkdaşları ondan narazılıq edirlər ki, necə olur, Ələsgər Əhmədov vəzifəsindən azad olunur, amma onu əxlaqsız hərəkətləri ilə şantaj edən Gülər və onun oğurluq etməsinə şərait yaradan valideynləri hələ də işlərinin başındadır?!

Hurriyyet.az

P.S. Onu da qeyd edək ki, oxucularımızdan üzr istəyərək, Ələsgər Əhmədovun nalayiq hərəkətləri ilə bağlı redaksiyamıza göndərilən videoları da müəyyən redaktələrlə təqdim edirik.

P.P.S. Maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri