ANAMA ilə GICHD arasında Anlaşma Memorandumu imzalanıb
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) arasında “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinə dəstəyin təmin edilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. SİA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Məlumata əsasən, sözügedən memorandumda ANAMA-nın potensialının gücləndirilməsi, strateji planlaşdırma və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməyə dəstək, birgə layihələrin həyata keçirilməsi, humanitar minatəmizləmə ilə ətraf mühit və iqlim dəyişikliyi arasında bağlantılar daxil olmaqla bilik və təcrübə mübadiləsi, informasiyanın idarə edilməsi, təlimlərin keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Baxış sayı:82
Bu xəbər 08 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















