ANAMA nın əməkdaşı Ermənistanla sərhəd bölgəsində minaya düşdü
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də minaya düşüb.
Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.
İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Bu mövzuda digər xəbərlər:ANAMA nın əməkdaşı Xocalıda minaya düşdü
18 Fevral 2026 11:45
ANAMA əməkdaşı Ağdərədə minaya düşdü
11 Yanvar 2026 14:56
ANAMA əməkdaşı Qazaxda minaya düşdü
17 Noyabr 2025 13:15
Xocalıda ANAMA əməkdaşı minaya düşdü
10 Sentyabr 2026 09:21
ANAMA nın əməkdaşı Qazaxda minaya düşdü Yenilənib
28 Aprel 2025 14:50
Baxış sayı:106
Bu xəbər 17 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















