Icma.az
close
up
RU
Anar Bağırov vəkilliyə namizədlərlə görüşdü FOTO

Anar Bağırov vəkilliyə namizədlərlə görüşdü FOTO

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə görüş keçirilib.

Bu barədə Redaktor.az-a VK-dən məlumat verilib.

Məlumata görə, Anar Bağırov bildirib ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ARVK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilərək, hər namizədə eyni suallar verilir.

İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu bildirən sədr icbari təlimdə ARVK-dan 122, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 7 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 55 nəfər qadın, 67 nəfər isə kişidir, o cümlədən onlardan 76 faizi 40 yaşadəkdir.

Həmçinin, Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətini qeyd edərək, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, o cümlədən onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu ifadə edib.

Sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Mart 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see275

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see266

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see252

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see251

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see247

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see240

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see239

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see238

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see228

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see209

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see209

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see207

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see207

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see206

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see202

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see198

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see196

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri