Anar Bağırov veteran vəkili yubileyi münasibətilə ziyarət edib
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, uzun illər hüquq sahəsində səmərəli fəaliyyət göstərən Əsabəli Mustafayevin 75 illik yubileyi qeyd olunur.
Yubiley münasibətilə Kollegiya sədri Anar Bağırov veteran vəkili evində ziyarət edərək onu səmimi-qəlbdən təbrik edib, uzun illər ərzində vəkillik peşəsinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.
Görüş zamanı Əsabəli Mustafayev vəkillik fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, müxtəlif dövrlərdə hüquq sahəsində qarşılaşdığı maraqlı hadisələrdən danışıb, vəkillik peşəsinin məsuliyyəti və cəmiyyətdəki rolu barədə fikirlərini səsləndirib.
Sonda xatirə şəkilləri çəkdirilib və yubilyara xoş arzular çatdırılıb.
Qeyd edək ki, Əsabəli Mustafayev 2007-ci ildən etibarən vəkillik fəaliyyəti ilə məşğuldur və hazırda fərdi qaydada vəkillik fəaliyyəti göstərir.
Baxış sayı:141
Bu xəbər 09 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















