Icma.az
close
up
RU
Anar Bayramovu kollektivə Teymur Musayev özü təqdim etdi

Anar Bayramovu kollektivə Teymur Musayev özü təqdim etdi

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixində imzaladığı müvafiq Sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, yeni təyin olunmuş nazir Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş nazirin müavini Teymur Musayev təqdim edib.

Təqdimat mərasimində çıxış edən Teymur Musayev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb. O, səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl davam etdirilməsinin, qarşıya qoyulan hədəflərə nail olunması üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.

Anar Bayramov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, fəaliyyətin müasir idarəetmə prinsipləri əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin bildirilmişdir ki, dövlət başçısının 19 oktyabr 2026-cı il tarixli “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Qeyd olunan qərarlar ölkədə səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və səhiyyə sisteminin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin səhiyyə sahəsində vahid yanaşmanın gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

Səhiyyə Nazirliyi qarşıdakı dövrdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri