Icma.az
close
up
RU
Anar Cəfərov sənətdən niyə gedib? Yəhudi xanımla evləndi, indi həkim işləyir

Anar Cəfərov sənətdən niyə gedib? Yəhudi xanımla evləndi, indi həkim işləyir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"N-brothers" qrupunun rəhbəri Namiq Qafarov Anar Cəfərovun sənətdən getməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Qrup rəhbəri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Anar Cəfərov qrupu 2004-cü ildə tərk edib:

"Anar evləndi, həyat yoldaşı yəhudi idi. Ona görə birdəfəlik Azərbaycandan getdi. İndi orada həkim işləyir. Onun ixtisasca həkim olub-olmadığını bilmirəm. Anar gedəndən sonra onun yerinə Cavidan gəldi. Yaxşı ki gedib, burada qalıb neyləyəcəkdi? Hər şey dəyib bir-birinə, kim hardadır, bilinmir".

Namiq Qafarov şou-biznesin cəngəllikdə olduğunu vurğulayıb:

"Şou-biznesi batırdılar, imkan vermədilər. Buna da səbəb sənətçilərin özü oldu. Biabırçılıqdır, belə şey olar? Efirlərə baxan yoxdur. Bu gün sosial şəbəkələr efirləri üstələyib. Sosial şəbəkələr daha populyardır. Efir dolub "bozbaş”larla. Özü "bozbaş”dır, qarşısındakına deyir "bozbaş”san. Halbuki özünün oxumaqdan xəbəri yoxdur".

Namiq Qafarov əlavə edib ki, bu gün ortalarda olan toy müğənniləridir:

"Hamı toyda oxuyub, 5-10 manat pul qazanır. İndi də deyirlər ki, "toy məktəbdir”. Toy məktəb ola bilməz. Orada ancaq təcrübə toplamaq olur. Toy qazanc yeridir, məktəb konservatoriya, universitetdir.  Toyun nəyi məktəbdir? Kimə nə sərf edir, onu da danışır. Efirlər daha bizim dövrün sənətçilərini dəvət etmir, çünki biz onlara sərf etmirik. Onlar qalmaqal istəyir. Bəzən bunu süni yolla hazırlayırlar. Məsələn, "sən maşınını neçəyə almısan”, "bu evi sənə hansı hacı alıb” və s. gic-gic söhbətlər, hamı da bunlardan bezib. Gedib "Sədərək”dən 10 manata geyim alıb, çıxıb efirdə yalandan deyir ki, bunu "Gucci”dən 5 minə almışam. İnanın, bunlar olan şeylərdir”.    

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri