Icma.az
close
up
RU
Anar Ələkbərov növbəti dəfə media rəhbərləri ilə görüşdü Fotolar

Anar Ələkbərov növbəti dəfə media rəhbərləri ilə görüşdü Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün COP29 iqlim konfransına hazırlıq işlərinin tamamlanması ilə bağlı COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən yerli media qurumlarının konfrans məkanı olan Bakı Olimpiya Stadionuna mediatur təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, media nümayəndələrinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Mediaturda Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü  Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.

Tədbir məkanı ilə tanışlıq zamanı media nümayəndələrinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, məkanda ümumilikdə 155 pavilyon var və bu pavilyonlarda çoxsaylı sərgilərin keçirilməsi nəzərdə tutulub. Məkanda 29 iclas otağı var. Həmçinin digər danışıqlar üçün də otaqlar ayrılıb.

Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkiblər. Tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanışlıq olub. Mavi zonada yerləşən Azərbaycan pavilyonuna da baxış keçirilib. Bildirilib ki, bu pavilyonun ümumi ərazisi 450 kvadratmetrdir. Gün ərzində burada onlarla tədbirin keçirilməsi nəzərdə tutulub. Pavilyonlarla tanışlıq zamanı bildirilib ki, ən nöyük pavilyonlar Azərbaycanla yanaşı Türkiyə və Çinə ayrılıb. Ümumilikdə, tədbirlər həm Yaşıl, həm də Mavi zonada olacaq.

İclas otaqlarına, media mərkəzinə, həmçinin yemək otaqları və istirahət yerlərinə baxış keçirilib. 

Qeyd olunub ki, C zonasında Azərbaycan tarixini əks etdirən guşə yaradılıb və eksponatlar gətirilib. Bildirilib ki, tədbir məkanında Azərbaycan təbiətinin füsunkarlığını əks etdirən videogörüntülər də təqdim ediləcək. 

Məkanda ən böyük zal Nizami zalıdır. 1600 yerlik zalda böyük rəsmi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Məkanla tanışlıqdan sonra COP29 könüllüləri ilə görüş olub. Bundan sonra COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələri təqdim olunub. Bildirilib ki, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Bura elektrik avtomobilləri – fiziki məhdudiyyətli şəxslər üçün xüsusi avtomobillər, qolf-karlar, yanğın və təcili yardım avtomobilləri daxildir. 210 avtomobil Liderlər Sammitində istifadə olunacaq. Həmçinin tədbir dövründə 140 elektrik avtobusun istifadəsi nəzərdə tutulub.

Daha sonra Yaşıl Zona ilə tanışlıq olub. Bildirilib ki, burada 58 şirkət müxtəlif pavilyonlar təşkil edib. Bir sıra zonalarda, o cümlədən Yaşıl Zonada 24 saat fəaliyyət göstərən idarəetmə mərkəzi yaradılıb.

Qeyd edək ki, bu günədək 67 min nəfər şəxs və 3500 media nümayəndəsi COP29 tədbirində iştirak üçün qeydiyyatdan keçib.

Gülnar Əliyeva

Fotolar: Xəyal Vəlizadə







































Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri