Icma.az
close
up
RU
Anar Əliyev: “Güclü və sağlam ailə institutu…”

Anar Əliyev: “Güclü və sağlam ailə institutu…”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Güclü və sağlam ailə institutu, qadınların hüquqlarının qorunması və onların ictimai həyatda fəal iştirakı, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi davamlı və inklüziv inkişafın başlıca şərtləridir.

"Cebheinfo.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən tədbirdə bildirib.

O vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. 

Bu islahatlar aztəminatlı ailələr, qadınlar və uşaqların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi işlərini qeyd edən Anar Əliyev Nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində 1250 uşağın daimi dövlət himayəsində yaşadığını, bu müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərildiyini deyib.

Nazir bildirib ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə övladlığagötürmə, himayədar ailə və uşaqların ailələrə reinteqrasiyası sahəsində mühüm islahatlar həyata keçirilib. 

Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsinin Nazirliyə həvalə olunduğu 2019-cu ildən ötən dövrdə 865 uşaq övladlığa verilib. 2022-ci ildən ölkəmizdə ailə və uşaq siyasətinin mühüm istiqamətlərindən olan himayədar ailə modeli uğurla tətbiq olunur və  ötən dövrdə 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailəyə verilib. 

Himayədar ailələrə verilən uşaqlara görə aylıq 650 manat, ildə bir dəfə 800 manatlıq müavinət təsis edilib.
Anar Əliyev müxtəlif səbəblərdən ailələrindən ayrılmış uşaqların ailə mühitində böyüməsini hədəfləyən mühüm mexanizmlərdən birinin də reinteqrasiya tədbirləri olduğunu deyib. 

O bu tədbirlərlə 2020-ci ildən sosial xidmət müəssisələrindən 873 uşağın ailələrinə qaytarıldığını diqqətə çatdırıb.Bildirib ki, qanunvericilik aktlarına son illər edilmiş dəyişikliklər nəticəsində qadınlar üçün əmək bazarında nəzərdə tutulmuş bir sıra məhdudiyyətlər aradan qaldırılıb. 

Habelə qadınların aktiv məşğulluq tədbirlərində iştirak səviyyəsi ildən-ilə artır. Ötən dövrdə özünüməşğulluq proqramına cəlb olunmuş 113 min nəfərdən 31 faizini və ya 35 min nəfərini qadınlar təşkil edib. Nazirlik tərəfindən peşə hazırlığı proqramına 2018-ci ildən 59 mindən çox şəxs cəlb edilib ki, onların da   61 faizi və ya 36 min nəfəri qadınlar olub.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri