Icma.az
close
up
RU
Anar Əliyev məhkəmə qərarını niyə icra etmir?

Anar Əliyev məhkəmə qərarını niyə icra etmir?

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Keçmiş baş əmək müfəttişinin işə bərpası dalana dirənib

Tribunainfo.az xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məhkəmə qərarını icra etmir.

Bu barədə Qaynarinfo-ya keçmiş baş əmək müfəttişi Müşfiq Məmmədov bildirib.

Müşfiq Məmmədov 2002-ci ildən sözügedən qurumda baş əmək müfəttiş vəzifəsində işləyib. Onun sözlərinə görə, 2019-cu ildə heç bir əsas olmadan işdən çıxarılıb.

Keçmiş baş əmək müfəttişi rəhbərliyin işdən çıxarılma barədə əmrini məhkəmədə mübahisələndirmək qərarına gəlib. O, Bakı İnzibati Məhkəməsində işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə iddia qaldırıb. Müşfiq Məmmədovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb və təmin edilməyib.

Keçmiş baş müfəttiş qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Lakin Müşfiq Məmmədov hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib. Ali Məhkəmə onun şikayətini qismən təmin edərək, yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya instansiyası isə Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edib.

ƏƏSMN qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, təmin olunmayıb. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 25 aprel 2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Lakin Nazirlik Ali Məhkəmənin qərarını bu günədək icra etməyib.

Maraqlıdır ki, nazirlik məhkəmə qərarını icra etmək əvəzinə, Müşfiq Məmmədovun işdən çıxarılması barədə əmri faktiki olaraq saxtalaşdırıb.

“Nazirlik xəbərim olmadan analoqu olmayan qanunsuz bir addım atıb: 19 avqust 2022-ci il taixli əmrlə 17 dekabr 2019-cu il taixli ştat cədvəllərinin təsdiq edilməsi haqqında əmrə dəyişiklik adı altında adımı həmin əmrə salaraq süni xitam əmri yaradıb və əmri qanunsuz olaraq geri tarixlə elektron informasiya sisteminə yerləşdirərək analoqu olmayan növbəti qanun pozuntusuna yol verib. Beləliklə, guya mən 2019-cu ilin iyun ayında deyil, 2019-cu ilin dekabrında təkrar işdən çıxarılmışam. Halbuki mən dekabr ayında işdə olmamışam, çünki qeyd etdiyim kimi, bundan 5 ay əvvəl mən artıq işdən çıxarılmışam. Belə çıxır ki, məhkəmə qərarının icrasından yayınmaq üçün istənilən tarixdə verilmiş istənilən əmrə dəyişiklik edərək süni əmrləşmə aparmaq olar. Özü də bunu əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın rəhbərliyi edirsə, bu çox acınacaqlı bir haldır”, deyə Müşfiq Məmmədov bildirib.

Bu mənfi nümunədən istənilən dövlət orqanı və ya sahibkar yararlanaraq istənilən işçinin əmək hüquqlarını poza bilər.

Keçmiş baş əmək müfəttişi 2022-ci ildə verilmiş əmrin ləğvi ilə bağlı yenidən Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Lakin iddiası təmin edilməyib. Apellyasiya instansiyasına və Ali Məhkəməyə təqdim edilən şikayətlər də nəticə verməyib.

“Halbuki, eyni məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər işçisi Zaur Hüseynovun iddiası təmin edilib. Bakı İnzibati Məhkəməsinin eyni məsələyə ikili standartlarla yanaşması təəssüf hissi doğurur”, deyə Müşfiq Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ayrıca Bakı İnzibati Məhkəməsi işə bərpa olunmağım və işsiz qaldığım müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı qərardad qəbul edib. ƏƏSMN bu qərardadı da icra etməyərək apellyasiya şikayəti verib. Lakin apellyasiya instansiyası şikayəti təmin etməyib.
Müşfiq Məmmədov deyir ki, bu günə qədər ƏƏSMN məhkəmə qərarının icra etmir və yaxud icrasına süni əngəllər yaradır. O, konkret adlar da çəkib:

“Qərarın icrasına maneə törədənlər dövlət qulluğu və məsələləri şöbəsinin müdiri Bayramova Nərmin Ernest qızı və şöbənin əməkdaşı Əliyev Elşad Nizami oğludur. Qərarın icrası ilə bağlı görüşdə bir söz deyən, reallıqda isə başqa cür davranan bu şəxslər işçilərin başına olmazın oyunlar açır və nəticədə vətəndaşları dövlətimizdən narazı salırlar”.

Qeyd edək ki, hazırda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir. O, cari ilin fevralında bu vəzifəyə təyinat alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Aprel 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri