Icma.az
close
up
RU
Anar Əsədlinin məhkəməsində mübahisə: “Heç kimə borcum yoxdur”

Anar Əsədlinin məhkəməsində mübahisə: “Heç kimə borcum yoxdur”

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zərərçəkənlə sabiq partiya sədri bir-birini təhqir edib: hakimin qərarı ilə Anar Əsədli yenidən şüşə arxasına keçirilib

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədlinin vəkili Zibeydə Sadıqova vəsatətlər verib. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib. Digər vəsatətində isə Anar Əsədlinin şüşə arxasından çıxarılaraq yanında əyləşməsini xahiş edib.

Ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib, digər vəsatət təmin edilib.

Anar Əsədli dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, onun hazırda heç bir zərərçəkənə borcu yoxdur. Etibar Nəsirova isə 3000 manat borcu qaytarmağı təklif etsə də, o, pulu qəbul etməyib: "Hazırda heç kimə borcum yoxdur. Bəli, borc almışam, amma qaytarmışam. Mən siyasətçiyəm, heç kimə də yalan vəd verməmişəm".

İclasa sədrlik edən hakim siyasətlə maraqlandığını, lakin Anar Əsədlinin adını ilk dəfə eşitdiyini söyləyib.

Anar Əsədli digər sualları cavablandırmaq istəmədiyini deyib.

Prosesin davamında zərərçəkən Oqtay Qasımov ifadə verərək bildirib ki, Anar Əsədlinin daha çox qazanc əldə edəcəyi vədinə inanaraq ona müxtəlif vaxtlarda 3 dəfə 50 min dollar, ümumilikdə 150 min dollar pul verib: "Anar Əsədli ilə 1997-ci ildən tanışıq. O zaman hələ o, jurnalist kimi çalışırdı. Bizim yaxın münasibətimiz olub. Düzdür, birlikdə çörək kəsmişik. 2014-cü ildə İstanbulda ev alqı-satqısına yatırım edib pul qazanacağı vədi ilə məndən 50 min dollar pul alıb. Daha sonra xəstəxana layihəsinə pul yatırıb qazanacağını bildirərək yenə məndən pul alıb tenderə yatırıb. Oradan səs çıxmayanda pulu götürərək Azərbaycanda lombarda və şitkətə yatırım edib pul qazanacağımız vədləri verib. Demişdi ki, yatırımdan 1 milyon dollar pul qazanacaq və mən də qazancam. Övladım Türkiyəyə ali təhsil almağa gedərkən ondan ehtiyacım olduğuna görə pulu qaytarmasını xahiş etdim. O zamanlar eşitdim ki, kimdənsə 5000 manat borc da alıb. Düşündüm ki, bu necə iş adamıdır?"

Bu zaman Anar Əsədli ilə zərəçəkən arasında mübahisə düşüb və onlar bir-birini təhqir edib.

Hakimin qərarı ilə Anar Əsədli yenidən şüşə arxasına keçirilib.

O.Qasımov ifadəsinin davamında polisə şikayət etmək niyyəti olmadığını deyib: "Biz ailəliklə yaxın olmuşuq. İstəmirdim məsələ bu yerə gəlsin. Lakin, pulumu geri istəyəndə mənə dedi ki, get əlindən gələni et. Mən də gedib şikayət etdim. Nəticədə mənə dəyəri 90 min manat olan ev təklif etdilər. Qardaşı ilə vəkili oranı mənə göstərdi. Dedim ehtiyacım olan 68 min manatı götürüm, qalanını ödəyərsən. Notariusda Anar Əsədli mənə dedi ki, bunu götür, amma daha nəsə istəmədiyinlə bağlı sənəd imzala".

Vaxt məhdudiyyəti ilə əlaqədar proses fevralın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva tanınıb.(Mənbə APA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri