Anar: “Hər şeyi qoparmaq istəyirlər, ildə 15 manat verməyə qıymırlar”
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklər.
"Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında AYB sədri yazıçı Anar məlumat verib.
Onun sözlərinə görə, beş ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. Bununla bağlı sonuncu dəfə sabah rəsmi yazılı xəbərdarlıq da elan olunacaq.
Yazıçı Anar vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.
O, bununla yanaşı həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb:
“Onlara ödəniş etmələri üçün hələ də vaxt veririk. Amma ödəməsələr bu o deməkdir ki, onlar Azərbaycan Yazıçılar Birliyinə lazım deyil”.
Yazıçı Anar onların üzvlük haqqını ödəməmələrinin səbəblərindən danışarkən bildirib:
“Elələri var ki, Yazıçılar Birliyindən hər şeyi qoparmaq istəyirlər. Amma ildə 15 manat verməyə qıymırlar”.
AYB sədri vurğulayıb ki, il ərzində yığılan üzvlük haqları maaşlara və qonorarlara təsir edə bilər:
“Üzvlük haqları zəruri xərclərimizə sərf olunur. Biz yığılan o haqları mükafatlara, kitab çaplarına xərcləyə bilərik. Yazıçılar Birliyinin 3000 üzvü var. Onlardan 2500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 Yanvar 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















