Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət verilib
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlər təqdim edib.
Vəkil vəsatətlərində sübutlar siyahısında olan bir neçə sənədlərin xaric edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib.
Hakim verilən vəsatətlərin geniş həcmli olduğunu, məhkəmə tərkibinin vəsatətlərlə tanış olmadıqlarını bildirərək prosesin təxirə salındığını elan edib.
Növbəti proses iyunun 30-a təyin olunub.
Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















