Anar Məmmədov “Azərişıq” rəhbərliyinə təşəkkür etdi Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin deputatı Anar Məmmədov “Azərişıq” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.
“Qafqazinfo” xəbər verir ki, deputat tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Goranboy rayonunun Yeni Yol kəndində 400-ə yaxın sakinin fərdi evi normal elektrik enerjisi ilə təmin edilib, 100-ə yaxın ailə üçün 100 kVa gücündə transformator yarımstansiyası quraşdırılıb.
Bu münasibətlə Anar Məmmədov Yeni Yol kəndində kənd sakinləri ilə görüşüb, onları təbrik edib, eyni zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azərişıq” ASC-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Görüşdə millət vəkili ilə yanaşı rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər də iştirak edib.
Sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















