Anar Məmmədov Kəngərli kəndində vətəndaşları qəbul etdi Fotolar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iştirak edib.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, pay və həyətyanı torpaq sahələrinin suvarılması, maddi yardım, ünvanlı sosial yardım, içməli su ilə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Onların müraciətləri Anar Məmmədov tərəfindən diqqətlə dinlənilib, deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyəti orqanlar qarşısında məsələlərin qaldırılacağı vurğulanıb, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 30 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















