Icma.az
close
up
RU
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib Hesabat

Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib Hesabat

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən KFC restoranlar şəbəkəsi növbəti maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan və KFC restoranlar şəbəkəsini idarə edən “B.J.R. Foods Limited” şirkəti 2024-cü ili 169 min 185 funt-sterlinq (387 min manat) mənfəətlə başa vurub.
“B.J.R. Foods Limited” şirkətinin ötən dövriyyəsi 41 milyon funt-sterlinq (94 milyon manat) olub və bunun 10,5 milyon funt-sterlinqini (24 milyon manat) ümumi gəlirlər təşkil edib.

Qeyd edək ki, Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını Anar Məmmədov 23 iyul 2021-ci il tarixində satın alıb.
Anar Məmmədov “B.J.R. Foods Limited” şirkətinin səhmlərinə sahib olduqdan sonra şirkət zərərlə işləməyə başlayıb. Belə ki, “B.J.R. Foods Limited” şirkəti 2021-ci ili 3 milyon 244 min 762 funt-sterlinq mənfəətlə başa vurduğu halda, 2022-ci ildə xalis zərəri 1 milyon 182 min 13 funt-sterlinq, 2023-cü ildə isə 629 min 446 funt-sterlinq olub.

Onu da bildirək ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan bu şirkətə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Suleman rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərfləri əsasında yaradılıb.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxtilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra  KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri